Azərbaycan İdeyası

Bakıda “MTN-nin xüsusi agenti” həbs edildi

Tarix:23-10-2015, 14:50
Baxış Sayı:430

Ölkədə axtarışa verilmiş hər üçüncü cinayətkar dələduzdur.
Azərbaycanın cinayət tarixində dələduzların öz qurbanlarını hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək soyduqları hallar az deyil. Lakin az hallarda dələduz özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusi agenti kimi təqdim etmək riskinə gedə bilər. Bu addımı az adamlar atırlar və təcrübə göstərir ki, özlərini MTN-nin əməkdaşı kimi təqdim edən dələduzların gözləntiləri həmişə özünü doğruldur. Lakin bu medalın iki tərəfi var. Hətta “MTN-nin xüsusi agenti” cinayət məsuliyyətindən yaxa qurtara bilməz. Buna görə ki, yalan ayaq tutsa da, yeriməz.
"Korrupsiya və Qanun" qəzeti Vesti.Az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin əməkdaşları özünü Azərbaycan MTN-nin əməkdaşı kimi təqdim edərək, Sumqayıt sakininə pul “atmış” şəxsi saxlayıblar.
Saxlanılmış 1986-cı il təvəllüdlü Əsgərov Elməddin Əhəd oğlu Sumqayıt sakini Cavid Həmidovla tanış olarkən riskə gedərək, özünü MTN-nin əməkdaşı kimi təqdim edib. Hadisə 2010-cu ildə baş verib. Söhbət zamanı Həmidov Əsgərova bildirib ki, bir nəfər tanışı artıq xeyli müddətdir ki, ona 8 min manat pul borcludur. Həmidov qeyd edib ki, tanışını pulu qaytarmağa necə məcbur edəcəyini bilmir. Həm də polisə müraciət etmək istəmir.
Əsgərov bildirib ki, pulları qaytarmaqda ona kömək edəcək. Söhbətdən bir neçə gün sonra Həmidov və Əsgərov borclunun yanına gəliblər. Əsgərovun fırıldağı baş tutub, borclu onun MTN-nin əməkdaşı olduğuna inanıb və pulun 4 min manatını Həmidova qaytarıb. Qalan pulu sonradan qaytaracağını bildirib.
Bu arada dindirmə zamanı saxlanılmış şəxs bildirib ki, heç özü də fırıldağının belə nəticə verəcəyinə inanmayıb. Lakin anlayıb ki, bu fırıldaq onun özünə heç bir şey qazandırmayıb. Pullar sahibinə qaytarılıb. Buna görə də, Əsgərov başqa plan qurur.
2011-ci il sentyabrın 30-da yenidən Həmidovla görüşən Əsgərov ona müvəqqəti olaraq 4000 manat verməsini istəyir və bildirir ki, pullardan barmaq izləri götürüləcək və borclu pulun hamısını qaytarmaza ona qarşı açılan cinayət işində istifadə olunacaq. Əsgərov Həmidova söz verir ki, pulları iki günə qaytaracaq və beləliklə də, göstərilmiş məbləği əldə etməyə nail olur.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı