Azərbaycan İdeyası

“Yumruq atmağa, söyüş söyməyə başladı...”

Tarix:15-08-2016, 17:22
Baxış Sayı:328

“Yumruq atmağa, söyüş söyməyə başladı...”
Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev saxlanılması barədə “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hazırda Yasamal rayonu 27-ci Polis Bölməsindədir:

“Son 4 gündə mütəmadi olaraq yol polisi ilə problemlər yaşayıram. Dünən YPX əməkdaşı yol hərəkəti qaydasını pozduğumu deyib avtomobili cərimə meydançasına aparmalı olduğumu dedi. Mən də maşını təhvil verdim, sonra ona yaxınlaşıb “aparmamaq olardımı?” deyə soruşdum, dedi ki, “sən yol polislərini sevmirsən”, cavab verdim ki, bu normaldı, o da dedi “mən də sürücüləri sevmirəm” və söyüş söyüb sürüb getdi.

Hələ də avtomobilm cərimə meydançasındadır. Bu gün piyada gedərkən döş nişanı “0404” olan həmin YPX əməkdaşına yaxınlaşıb dünən niyə söyüş söydüyünü soruşdum. Maşından düşüb birbaşa olaraq mənə yumruq atmağa, söyüş söyməyə başladı. Sonra isə Post Patrul Xidməti əməkdaşlarını çağırdı, mənə də dedi “səni tutduracağam”.

Bölmədə də məni provakasiyaya çəkmək üçün hərəkətlər edirdi. YPX əməkdaşları raport yazıb getdilər, hazırda Polis Bölməsinin əməkdaşları digər sənədləri hazırlayırlar. Çox güman ki, məhkəməyə göndərəcəklər”.

B.Hacıyev ona qarşı süni problemlərin təsadüf olmadığını düşünür: “Mən son vaxtlar yol polisini tənqid edən statuslar yazmışam. Bir neçə gün ərzində YPX ilə 4 dəfə problem yaşamağımı da təsadüf saymıram. Düşünürəm ki, heç bir səbəb əsas vermir ki, yol polisi fiziki güc tətbiq eləsin, təhqir etsin. Yol polisi fəxrlə deyir ki, mən dövlət rəsmisiyəm, vətəndaşa istədiyimi edə bilərəm. Bu artıq kifayət qədər böyük problemdir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı