Azərbaycan İdeyası

Azərbaycanda nişanlı qızı evli kişi qaçırtdı

Tarix:19-08-2016, 12:41
Baxış Sayı:356

Azərbaycanda nişanlı qızı evli kişi qaçırtdı
Cəlilabad rayonunun Boyxanlı kəndində xoşagəlməz hadisə baş verib. Criminal.az saytı azvision.az-a istinadən xəbər verir ki, 17 yaşlı nişanlı qız həmkəndlisi tərəfindən qaçırılıb. Hadisə avqustun 18-i saat 23:00 radələrində baş verib. Qaçırılan qızın atası Eldar Dadaşov açıqlamasında faktı təsdiqləyib.

O, qızının zorla qaçırıldığını deyib: “Hadisə qızın bacısı ilə ayaqyoluna getdiyi zaman baş verib. Əminik ki, qızım zorla qaçırılıb. Çünki, qızımın ayaqqabısı hadisə yerində qalıb. 18 yaşına çatmayan şəxsin qaçırılması birbaşa insan oğurluğudur. Qızım qohumumuzla nişanlıdır və yaxın vaxtlarda toyu olacaqdı. Hazırda qızımın nişanlısı Rusiyadadır”.

E.Dadaşov qeyd edib ki, qızını qaçıran şəxs kənddə avara, tüfeyli kimi tanınır: “Qızımı qaçıran şəxsin adı Zaurdur. O, kənddə tüfüyli, avara kimi tanınır. Bir müddət əvvəl öz qohumu ilə evil olub, sonra ayrılıb. Daha sonra xalası qızı ilə evlənib, onu da boşayıb. Həmin şəxs bu axşam qızımı qaçırıb”.

Qızı qaçırılan ata polisin hadisəyə biganə münasibət göstərdiyini söyləyib: “Hadisədən dərhal sonra polisə xəbər verdik. Ancaq, Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon polis şöbəsinə, 102 “qaynar xətti”nə etdiyimiz zənglərə baxmayaraq, onları hadisə yerinə gətirə bilmədik. Özümüz polis idarəsinə gedərək şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə verdilər. O, isə hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə etməli, qulduru saxlamalıdır”.

E.Dadaşov qaçırılan qızını geri qaytarmaq istədiyini deyib: “Biz istəyirik ki, qızım tezliklə tapılsın. İstənilən halda qızımızı geri istəyirik. Oğlanın valideynləri də onun necə tərbiyəsiz insan olduğunu bilirlər. Onlar da qızımın tapılmasını istəyirlər. Gecə saatlarında bildirdilər ki, qızı qaçıran şəxs Bakıya, “Yeni Günəşli” qəsəbəsində yaşayan bacısının evində gizlənir. Polisin işə laqeyd yanaşması qızımızın tezliklə geri qaytarılmasına maneə olur”.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur