Azərbaycan İdeyası

Rövşən Lənkəranskinin ölümü kimlərə lazım idi?

Tarix:23-08-2016, 11:44
Baxış Sayı:336

Rövşən Lənkəranskinin ölümü kimlərə lazım idi?
Tanınmış kriminal avtoritet Rövşən Lənkəranskinin qətli ilə bağlı müxtəlif iddialar səslənir, qətlin sifarişçisi qismində müxtəlif versiyalar irəli sürülür. Mövzunun aktuallığını nəzərə alaraq Rövşən Lənkəranskinin ölümündə kimlərin maraqlı ola biləcəyi haqda kriminalist ekspert İlqar Altayın fikirlərini öyrəndik. İlqar Altay əməkdaşımızın suallarına cavab olaraq Savash.org-a söyləyib ki, Rövşən Canıyevin ölümünün səbəbi onun kriminal aləmdə öndə gedənlərdən olmasıdır:

“Kriminal aləm daim cinayət, müharibə, ölüm deməkdir. Onun üzvləri gec ya tez öz əcəli ilə olmayan ölümlə üzləşirlər. Konkret səbəbə gəldikdə isə, güman etmək olar ki, Rövşənin ölümü Rusiya kriminal ierarxiyası tərəfindən təşkil olunub. O, kriminal təbəqə ki, Rusiya oğru kriminal dünyasında bu gün ən yüksəkdə dayanır. Və o təbəqə ki onun ən yüksək olması Rusiya hüquq mühafizə, xüsusi xidmət orqanlarına sərf edir.

R.Canıyevin cinayət aləmi və "qanuni oğruların" əsl yaşam vətəni Rusiyani tərk edib Ukraynaya, İtaliyaya və digər ölkələrə üz tutmasi və sonda Türkiyədə qərar tutması onun Rusiyanin kriminal ierarxiyasi və hüquq mühafizə sistemi tərəfindən arzuolunmaz hesab edilib sıxışdırılmasının nəticəsidir. Son vaxtlar onun Rusiyadaki bütün maddi və kriminal dayaq strukturları, yaxınları sıradan çıxarılmışdı. Suallar yaranır.

Niyə Rövşəndən də təcrübəli əhatəli, yüzlər və minlərlər insanın ölümünün baiskarı Ded Xasan kimi qatı cinayət avtoriteti ömrünün sonuna kimi Rusiyadan sıxışdırılıb,cıxarılmadi, qovulmadi və illərlə azadlıqda ömür sürdü? Niyə başqa gürcü və sair millətdən olan avtoritet "vor zakon"lar bu gün Rusiyada həbsdə deyil, azadliqda lüks şəraitlərdə, eyş- işrətdə yaşayırlar? Görünür, R.Caniyev hətta xaricdən belə Rusiya kriminal dünyasına təsir göstərmək gücündə imiş. Öz varlığı ilə bir çoxlarını narahat edirmiş”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı