Azərbaycan İdeyası

"Şakro Molodoy"u Lənkəranski həbs etdirib? - KRİMİNAL ALƏM SAVAŞDA

Tarix:4-08-2016, 11:23
Baxış Sayı:507

"Şakro Molodoy"u Lənkəranski həbs etdirib? - KRİMİNAL ALƏM SAVAŞDA
Rusiyada cinayətkar aləmin “kralı”, yaxud “vor №1” hesab edilən “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsi ətrafında yeni versiya gündəmə gəlib. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, kriminal aləmə yaxın hesab edilən “Rus mafiyası” adlı (“Russkaya mafiya”) internet portalın məlumatına görə “Şakro Molodoy”un həbsinə sifarişi onun düşmənləri - Rövşən Lənkəranski və müttəfiqləri verə bilər. Sayt bu sifarişin motivlərini əsaslandıraraq yazır ki, cinayətkar aləmin “Yaponçik” və “Ded Xasan” kimi “generallarının” öldürülməsindən sonra taxt-tac Zaxari Kalaşova keçdi.

Çünki “Şakro” kriminal aləmdə tez-tez meydana çıxan münaqişələrin dayandırılmasının tərəfdarı idi və özü də qarşıdurmaları yatırmaqda çox ustaydı. “Şakro” İspaniya həbsxanasında cəza çəkəndə “Rövşən Lənkəranski” və onun müttəfiqləri-gürcü “vor zakon”lar Cemal Mikaladze (“Cemo”) və Merab Canqvelidze (“Merab Suxumski”) Moskvanın praktiki olaraq bütün bazarlarına, xidmət sektoruna nəzarəti ələ keçirmişdilər. Və belə bir vaxtda “Şakro” İspaniya həbsxanasından cəzasını çəkib çıxdı və müəmmalı şəkildə Rusiyaya ekstradisiya olundu.

Belə ki, “Şakro” Gürcüstanda qiyabi olaraq 17 il həbsə məhkum edilmişdi və bu ölkənin hüquq-mühafizə orqanları İspaniyadan onun ekstradisiyasını tələb edirdi. Ancaq görünür “Şakro” Rusiyada kimlərəsə çox lazım idi və bu nüfuzlu “vor”u İspaniyadan Rusiyaya yola saldılar. Və o, çox keçmədən kriminal aləmdə liderliyi ələ aldı.
"Şakro Molodoy"u Lənkəranski həbs etdirib? - KRİMİNAL ALƏM SAVAŞDA
Rusiyaya qayıdandan sonra “Şakro”nun birinci işi “sxodka” çağırmaq oldu. O, “vorları” Ermənistanda topladı, çünki toplantı iştirakçılarının bir çoxu Rusiyada axtarışda idi. Həmin “sxodka”da klanlar arasında bütün qarşıdurmaların dayandırılması barədə hökm verdi. Habelə ondan qabaqkı dövrdə “vor zakon” statusu alanların bir çoxunun məsələsinə yenidən baxdı.

Bunlar “Rövşən Lənkəranski”nin qruplaşmasına daxil olan gürcü kriminal avtoritetlər idi. “Sxodka”da “Şakro” Rövşən Canıyevin, Cemal Mikaladzenin və 10-a qədər digər kriminal avtortetin “vor” statusunun geri alınması haqda qərar çıxardı. Sayt yazır ki, “Şakro”nun gəlişindən sonra Canqveladzenin nəzarətində olan narkotrafik də bağlandı. Söhbət böyük pulların itirilməsindən gedirdi və tamamilə aydın idi ki, Canqveladze bu biznesi güc strukturlarındakı adamlarının himayəsi altında yürüdürdü.

Və indi belə görünür ki, düşmənləri “Şakro”dan qisas alır və hüquq-mühafizə orqanlarındakı adamları vasitəsilə onun həbsinə nail olur. Bununla da Rusiya xüsusi xidmət orqanları kriminal aləmi nəzarət altına almaq istiqamətində mühüm addım atırlar. Belə ki, “Şakro”nun yerinə əsas namizəd “Piçuqa” ləqəbli avtoritet Yuri Piçuqindir. Onun FTX-də və digər güc strukturlarına çox güclü əlaqələri var.

İstisna deyil ki, bu əlaqələrin sayəsində “Piçuqa” kriminal aləmdə irəliləyə və hüquq-mühafizə orqanlarının xoşuna gəlməyənləri sıradan çıxara bilər. Artıq məlumdur ki, “Piçuqa” Zaxari Kalaşovun həbsindən sonra “obşak”a nəzarəti ələ keçirib...

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur