Azərbaycan İdeyası

Qisas qorxusunda olan ailə: "Bizi ölümlə hədələyirlər"

Tarix:24-08-2016, 10:53
Baxış Sayı:334

Qisas qorxusunda olan ailə: "Bizi ölümlə hədələyirlər"
Avqustun 22-də İsmayıllı rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub. Criminal.az saytı azvision.az-a istinadən bildirir ki, hadisəni törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Tural Rüstəmovun ailəsi qətlin baş vermə səbəbini açıqlayıb:

"Tural Rüstəmovun ailəsində bir müddət idi ki, problem yaşanırdı. Ailə boşanma həddində idi. Qaynatası Roman Kərimov Turalı boşanmaq istədiyi üçün dəfələrlə ölümlə hədələyib. Bundan öncə də Roman Kərimov yaşadığımız evə hücum çəkərək bizi təhdid edib. Ötən gün Roman Kərimov kürəkəni Turala zəng edərək onunla görüşmək, söhbət etmək istədiyini deyib. Turalı işlədiyi mağazadan götürərək şəxsi avtomobilinə mindirən Roman Kərimov onu ucqar meşəlik əraziyə aparıb", - deyə Tural Rüstəmovun ailəsindən bildirilib.

Ailəsindən deyiblər ki, Tural Rüstəmov qaynatasına özünü müdafiə məqsədi ilə üzərində olan zərgərlik aləti ilə xəsarət yetirib: "Roman Kərimov Turalı öldürmək üçün onu əvvəlcədən planlaşdırdığı əraziyə aparıb. O, maşından düşdükdən sonra özü ilə gətirdiyi bıçaqla Turala boğaz nahiyəsindən zərbə endirmək istəyib. Tural Rüstəmov ifadəsində də dediyi kimi, zərbədən yayına bilib. O, müvazinətini itirərək yerə yıxılıb. Bundan sonra Roman Kərimov kürəkəninə nalayiq söyüşlər söyərək onun üstünə yenidən bıçaqla hücum çəkib. Bundan sonra Tural özünü müdafiə etmək məqsədi ilə üstündəki alətlə Roman Kərimova xəsarət yetirib. O, dərhal hadisə yerində Roman Kərimova ilkin yardım göstərib. Hadisənin şokunda olan Tural Rüstəmov birbaşa polis idarəsinə gedərək könüllü təslim olub və Roman Kərimovu öldürmək niyyətində olmadığını etiraf edib".

Tural Rüstəmovun ailəsi mərhum Roman Kərimovun qohumları tərəfindən ölümlə hədələndiklərini bildiriblər. "Biz Azərbaycan dövlətinə və qanunvericiliyinə güvənirik. Oğlumuz istəmədən törətdiyi cinayətə görə qanun qarşısında cavab verəcək. Təəssüflər olsun ki, mərhumun qohumları tərəfindən müxtəlif nömrələrdən bizə ölüm hədələri edilir, ünvanımıza nalayiq ifadələr işlədilir. Onlar oğlanlarımızı öldürərək qisas alacaqlarını deyirlər. Hüquq-mühafizə orqanlarına, daxili işlər naziri cənab Ramil Usubova müraciət edərək, həyatımızın təhlükədə olduğunu bildiririk. Xahiş edirik dövlətimiz bizə kömək etsin".

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Rüstəmov Tural İman oğlu İsmayıllı rayonunda zərgər kimi fəaliyyət göstərib. Qonşuların, yaxınlarının bildirdiyinə görə, Tural Rüstəmov təbiətcə sakit insan olub, indiyədək hər hansı cinayət əməlində adı hallanmayıb. O, mərhum Roman Kərimovun qızı ilə 4 ildir, evlidir. İki azyaşlı oğlu var.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama