Azərbaycan İdeyası

Nabranda gənc qızla gecə əyləncəsi və dəhşətli qətl

Tarix:24-08-2016, 10:55
Baxış Sayı:397

Nabranda gənc qızla gecə əyləncəsi və dəhşətli qətl
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nabranda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü 2 nəfər Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, qətl keçən il iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı Hüseyn Rüstəmov Nabrana tələbə yoldaşları ilə birgə istirahətə gəlibmiş. Orda gənclər əylənmək istəyib.

Bu zaman onlar oraya intim xidmətlər göstərən gənc bir qadını çağırıblar. Əylənəndə sonra qadının dalınca gələn taksi sürücüsü Famil Məmmədovla gənclərin arasında ciddi mübahisə düşüb. Taksi sürücüsü tələbələrdən əlavə pul tələb edib. Münaqişə nəticədə taksi sürücüsü qətlə yetirilib. Hadisə ilə bağlı Ramin Abbaslı və Hüseyn Rüstəmov saxlanılıb.

Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), Ramin Abbaslı isə həmin məcəllənin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham ediliblər. Xatırladaq ki, hər iki şəxs Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hüseyn Rüstəmov 17 il müddətinə azadlıqdan məhrum edilib. Ramin Abbaslı isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı