Azərbaycan İdeyası

Yol polisinin bu hərəkəti hamının xoşuna gəldi - VİDEO

Tarix:26-08-2016, 12:10
Baxış Sayı:272

Yol polisinin bu hərəkəti hamının xoşuna gəldi - VİDEO
Bakıda yol polisi ilə ağsaqallın maraqlı videosu yayılıb Yol polisi var ki, öz hərəkətləri, davranışı və əməlləri ilə öz paqon yoldaşlarının adına ləkə gətirir. Yol polisi də var ki, savadı, davranışı, insanlığı və digər yüksək göstəriciləri ilə cəmiyyətə nümunə olur. Avtosfer.az-ın kamerasına tuş gələn bu DYP inspektorunun etdiyi hərəkət də ətrafdakı insanlar tərəfindən rəğbətlə qarşılanıb.

Addım atıb səkiyə qalxa və səkidən düşə bilməyən yaşlı kişinin çətinlik çəkdiyini görən inspektor dərhal ona yaxınlaşaraq yolu keçməsinə kömək edib. Görüntülər avqustun 15-də «20 Yanvar» dairəsində qeydə alınıb. Videodan da göründüyü kimi, yaşlı kişi yolu keçməyə çətinlik çəkir. Səkidən düşməyindən hiss olunur ki, keçidlə də hərəkət etmək ona çətin olardı.

Yəni, pilləkənləri düşə bilməyəcəkdi. Buna görə də yolu keçiddən yox, bu hissədən keçməyə çalışır. Yol polisi əməkdaşı isə ağsaqqalın həyatını təhlükədən qoruyaraq yolda avtomobillərin hərəkətini dayandırıb onun qarşı tərəfə keçməsinə kömək edir. Yol polisinin bu davranışını alqışlamaq lazımdır. Bu cür yaşlı insanları küçə və yollara nəzarətsiz buraxanlara isə demək istəyirik ki, bu, çox təhlükəlidir. Yaşlı insanları nəzarətsiz qoymaq faciə ilə nəticələnə bilər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı