Azərbaycan İdeyası

Bakıda hamı yol polisinin görüntülərindən danışır - HADİSƏ NECƏ OLUB? VİDEO

Tarix:15-08-2016, 12:00
Baxış Sayı:307

Bakıda hamı yol polisinin görüntülərindən danışır - HADİSƏ NECƏ OLUB? VİDEO
Bir neçə gündür ki, yol polisinin piyadanı vurması görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntüdən belə anlaşılır ki, yol polisi sürücülərdən birini qəsəbədə qovarkən yolu keçmək istəyən piyadanı vurub. Bu zaman qəsəbə sakinləri yol polisinə hücum edərək ona və patrul maşınına zədələr yetiriblər. Baki Şəhər Dövlət Yol Polis İdarəsi isə baş verənlərin tam əksini deyir.

Qeyd edək ki, bu görüntülər təxminən 10 gün əvvəl paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində lentə alınıb. Bir qrup qəsəbə sakini ''99-YP-288'' dövlət nömrə nişanlı patrul avtomobilinin sürücüsü ilə mübahisə edir. Səbəb kimi isə sakinlər iddia edirlər ki, yol polisi qəsəbədə sürücünü qovarkən yolu keçmək istəyən piyadanı vurub. Hadisədən sonra bir qrup qəsəbə sakini polisə təzyiq edib. Görüntüdə kişilər polis avtomobilini yumruqlayır, qadınlar isə polis əməkdaşını vururlar.. Sözügedən hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirlərə səbəb oldu.

Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi bölməsinin rəisi Vaqif Əsədov qeyd etdi ki, əslində hadisə sakinlər tərəfindən çəkilən kadrlardakı kimi deyil. Bölmə rəisi bildirdi ki, ərazidə xidmət aparan yol polisləri minik maşınlarından birinin sürücüsünü sərxoş olmasını ehtimal edərək ona saxla işarəsi veriblər. Polisə tabe olmayan sürücü qəsəbəyə girib. Bunu görən qəsəbə sakinlərindən biri özünü maksimum sürəti saatda 20 olan patrul avtomobilinin qarşısına atıb. Həmin an hətta yol polisinin avtomobilindəki ''videoregistrator''a da düşüb. Patrul avtomobilindəki görüntüdə hadisədən dərhal sonra yol polisinin maşından düşüb yaralıya yardım etməsi də əks olunub. Amma əraziyə yığılan sakinlər yol polisinə müqavimət göstərirlər.

Qeyd edək ki, hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İlkin olaraq şübhəli şəxs qismində bir neçə hadisə iştrakçısı saxlanılıb.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib