Azərbaycan İdeyası

Gənc qadın SEVGİ MESAJINA görə bıçaqlandı

Tarix:26-08-2016, 12:14
Baxış Sayı:278

Gənc qadın SEVGİ MESAJINA görə bıçaqlandı
Şəmkirdə qadın ərinə sevgi etirafı edən qohumunu bıçaqlayıb. Ailəli kişiyə yazdığı mesaj 25 yaşlı rayon sakininə baha başa gəlib. Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkirdə qadın həmcinsi olan yaxın qohumunu bıçaqlayaraq xəstəxanalıq edib. Hadisə rayonun Sarıtəpə kəndində baş verib. 28 yaşlı Günel Mirzəyeva şəxsi münasibətlər zəminində 25 yaşlı Məleykə Allahverənovanı bıçaqla yaralayıb.

Xəsarət alan şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat edilib. Həkimlər tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsini davam etdirən qadının vəziyyətini ağır qiymətləndirirlər. Gunel Mirzəyeva polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Qadın qohumu olan Məleykə Allahverənovanın həyat yoldaşı Ümidcan Həkimovun telefonuna yazdığı mesajı gördükdə əsəblərinə hakim çıxa bilməyib.

Nəticədə Allahverənova ilə mübahisə yaranıb, sonda isə Günel qohumunu bıçaqlayıb. Faktla bağlı cinayət işi üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı