Azərbaycan İdeyası

Bakıda tanınmış hüquqşünas yol polisinə DƏRS keçdi - FOTO

Tarix:26-08-2016, 12:23
Baxış Sayı:293

Bakıda tanınmış hüquqşünas yol polisinə DƏRS keçdi - FOTO
Azərbaycanın tanınmış hüquqşünası yol polis əməkdaşını ifşa etdi. Criminl.az saytı xəbər verir ki, müstəqil hüquqşünas Ələsgər Əhmədoğlu ötən gün başına gələnlərlə bağlı ''facebook'' profilində maraqlı şərh yazıb:

''Bu gün (ötən gün-red) işdən dönərkən şəkildə görünən bu 336 nömrəli YPX maşını Şərifzadədə küçəsindəki Azpetrolun yanındakı işıqforda saxlamağımı əmr etdi. İşıqforun altında saxlamanın qanunsuz olduğunu bildiyimə baxmayaraq, əmrə tabe oldum, maşını saxladım və qəza vəziyyəti yaratmayım deyə maşını bir az geri verərək, Azpetrolun çıxışına çəkdim. Amma gördüyünüz kimi, YPX maşını tam işıqforun altında saxlayaraq, "xidmət" göstərməyə davam etdi. YPX maşınından enən şəkildəki şəxs silsilə qanun pozuntusuna yol verdi.

- Qanunvericiliyin “Nəqliyyat vasitələrinin dayandırılması minimal müddətə və hərəkət üçün maneə yaratmayan yerlərdə həyata keçirilməlidir”- tələbini kobud pozaraq, işıqforun altında məni dayandırdı;

- Özünü təqdim etmədi, israrla tələb etdikdə adının Rüfət Kərimli olduğunu dedi;

- Yaxa nömrəsi yaxasında olmadan xidmət apardığını irad tutdum- nömrəsinin olmadığını dedi və kinayəli ifadələrlə şikayət edərsən dedi. Halbuki qanunvericiliyin tələbinə əsasən “Münaqişəli vəziyyətlər, iddiaların yarandığı halda və ya yol hərəkəti iştirakçılarının tələbi ilə əməkdaş döş nişanının nömrəsini bildirir və əlindən verməmək şərti ilə xidməti vəsiqəsini təqdim edir, hüquqlarını və hərəkətlərindən şikayət edilməsi qaydasını izah edir, vətəndaşa yazılı formada öz narazılığını bildirməyi təklif edir. Bütün bunlar barədə inzibati hüquq pozuntuları haqqında protokolda qeyd aparılır və əlavə tərtib edilmiş materiallar əsas materiala (protokola) əlavə olunur;

- Qayda pozuntusuna yol vermədiyim halda (İşıqforun yaşıl işığında baş yolda hərəkət etdiyim halda, 2-ci dərəcəli yoldan çıxan maşına yol vermədiyimi) əsas gətirərək qayda pozduğumu iddia etdi;

- Həmin hadisə yerindən 1 km sonra məni saxladığını irad bildirdim, kameraya düşmüsən dedi və protokol tərtib edəcəyini bildirdi, israrla hansı qanunun hansı maddəsini pozduğumu izah etməsini tələb etdim, mənə bir broşur çıxarıb, bir müəllifin fikirlərini oxumağa başladı. Ona izah edəndə ki, bu müəllifin yazdığı fikirlərlə məni inzibati məsuliyyətə cəlb edə bilməzsən, protokolda qanunun müddasını, İXM-nin maddəsini göstərməlisən və mənə elan etməlisən. Adamın qanundan xəbəri olmadığı bəlli oldu.

- Qanunvericiliyə əsasən: ”Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır-dedim və mənin kameraya düşdüyü halda hansı əsasla 1 km sonra məni dayandırdığını sorğuladım, cavab verə bilmədi.

Sonda nə edəcəyini də bilməyib, qaçarcasına maşınına getdi və sadəcə mənə elektron protokol göndərəcəyini dedi. İndi mən məcburam ki, bu şəxsi Məhkəmə vasitəsi ilə təkrar tapım, iş-gücümü bir kənara atıb, bir YPX əməkdaşını daha məhkəmə salonlarında hüquqi marifləndirim. Bunları xidmətə buraxan rəisləri görəsən nə düşünür? Bir cəhddə bu qədər qanun pozan məmuru nə deyə işdə saxlayır?''.

OXŞAR XƏBƏRLƏR
14 dərəcəyədək şaxta var
14 dərəcəyədək şaxta var
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd