Azərbaycan İdeyası

Rusiyada azərbaycanlının dəhşətli qətlinin görüntüləri - VİDEO

Tarix:1-09-2016, 13:46
Baxış Sayı:256

Rusiyada azərbaycanlının dəhşətli qətlinin görüntüləri - VİDEO
2015-ci ildə Rusiyanın Voronej şəhərində yerləşən “Lesnaya skazka” kafesində Ukrayna vətəndaşı olan azərbaycanlının qətlə yetirildiyi anın videogörüntüləri yayılıb. Criminal.az saytı report-a istinadən xəbər verir ki, Kamran Məmmədlinin amansız qətlinin videoyazısı bu gün - avqustun 31-də internetə yerləşdirilib. Müşahidə kamerasından əldə olunan videoda Kamranın üç nəfərdən qaçmaq istədiyi görünür.

Təqibçiləri onu küçəyə çıxarırlar, Kamran çıxışda yerə yıxılır və hücum edən şəxslərdən biri kompüterin prosessorı ilə onun başına vurmağa başlayır. Kamran başından aldığı güclü zərbələrdən sonra tərpənmir və sözügedən şəxslər sakit şəkildə maşına minərək oranı tərk edirlər.

İstintaq hesab edir ki, o, qəfil yaranan münaqişə zəminində qətlə yetirilib. Kişilər kafenin banket zalında mübahisə ediblər. Həmin şəxslərdən biri Kamranı bıçaqlayıb, ardınca ona atəş açıb. Küçəyə çıxdıqdan sonra isə kompüterin prosessoru ilə başına bir neçə zərbə endirib.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı yalnız bir nəfəri saxlaya bilib. O, hadisə baş verəndən 3 həftə sonra özü polisə gələrək əməlini etiraf edib və qətl alətini təhvil verib.

Qətli əvvəllər narkotik maddə saxlamaq və insan sağlamlığına ağır zərər yetirməkdə müqəssir bilinərək həbs olunan 32 yaşlı azərbaycanlı Amil Qəmbərov boynuna götürüb. O, cinayəti tək törətdiyini bildirib, lakin hadisənin motivlərini izah edə bilməyib. Amil Qəmbərova qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə ("Qətl") cinayət işi qaldırılıb.

Lakin mərhumun qohumları hesab edirlər ki, cinayət planlaşdırılmış şəkildə törədilib. Onların sözlərinə görə, qətl Kamranın biznesi ilə əlaqəli ola bilər. Qohumlar cinayət işinin "Əvvəlcədən razılaşdırılaraq bir qrup şəxs tərəfindən törədilmiş qətl" və "Xüsusi amansızlıqla törədilmiş qətl" maddələrinə dəyişdirilməsini təkid edirlər.

OXŞAR XƏBƏRLƏR
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə