Azərbaycan İdeyası

Qohumları yıxıldığını deyir, polis araşdırma aparır (VİDEO - FOTO)

Tarix:6-09-2016, 10:26
Baxış Sayı:236

Qohumları yıxıldığını deyir, polis araşdırma aparır (VİDEO - FOTO)
Ötən gün axşam saatlarında Şəmkir şəhər sakini, 42 yaşlı Rasim Axundov üzərində kəsici-deşici xəsarətlərlə Rayon Mərkəzi xəstəxanasına gətirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, üzrərində bir bıçaq yarası aşkarlanan yaralı dərhal əməliyyat olunub.

Xəstəxananın növbətçi cərrahı Xəyalə Səfərlinin sözlərinə görə, Rasim Axundov həyati təhlükədən xilas olub. Buna baxmayaraq, təcili və təxirəsalınmaz yardımlar davam etdirilir. Xəyalə Səfərli - həkim: “Xəstə Axundov Rasim Hüseyn oğlu şöbəmizə axşam saat 23:46-da qarının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub. Xəstə dərhal əməliyyat olundu. Hal-hazırda reanimasiya şöbəsindədir”.
Həkimlərin ilkin məlumatından sonra Şəmkir rayon polis şöbəsinin əməliyyat qrupu araşdırmalara başlayıb. Hadisə şahidləri və yaralının yaxınları Rasimin yıxılaraq xəsarət alması kimi ifadələr verərək polisləri inandırmağa çalışıblar. Ancaq bu və ya digər məlumatların nə dərəcə də doğru olub-olmaması hüquq mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq.

Fakt Şəmkir rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı