Azərbaycan İdeyası

Bakıda kafedə kütləvi dava düşdü, yaralılar var

Tarix:7-09-2016, 11:19
Baxış Sayı:374

Bakıda kafedə kütləvi dava düşdü, yaralılar var
Suraxanıda kütləvi dava baş verib. Criminal.az saytı APA-ya istinadən xəbər verir ki, insident Qum adasında yerləşən kafelərin birində qeydə alınıb. Kafedə sərxoş olan Cəfər adlı şəxs 20 yaşlı Musa Hüseynovla mübahisə etməyə başlayıb. Kafenin sahibi olan Musa Hüseynovun qardaşı Cəfəri sakitləşdirib.

Daha sonra Cəfər qəfildən əlinə bıçaq alaraq kafenin sahibinə hücum edib. Bu zaman Musa Hüseynov qardaşının qarşısına keçib və nəticədə Cəfər onu bıçaqlayıb. Musa Hüseynovdan başqa, Cəfər onun dostları - 20 yaşlı Oqtay Yusifov və 26 yaşlı Səbuhi Hüseynova da bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, üzərində çoxsaylı bıçaq xəsarətləri olan Musa Hüseynov dərhal əməliyyata götürülüb. Həkimlər onun həyatını xilas edə biliblər. Digər yaralılara isə, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Hadisə yerindən qaçan Cəfər adlı şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Faktla əlaqədar cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı