Azərbaycan İdeyası

Azərbaycanda toy yasa döndü

Tarix:7-09-2016, 11:19
Baxış Sayı:358

Azərbaycanda toy yasa döndü
İsmayıllı rayonunda qətl hadisəsi törədən şəxs xəstəxanadan qaçıb. Criminal.az saytının APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Topçu kəndində keçirilən toy mərasimində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov Canpolad Firudin oğlu toy mərasimində spirtli içki qəbul etdikdən sonra şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bibisi oğlu, 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib. Döş qəfəsi, qarın boşluğu və sol bud nahiyəsindən 3 bıçaq xəsarəti alan Hikmət Feyzullayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib.

Hadisəni törədən Canpolad Hüseynov bıçaqlanma zamanı öz əlindən xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstərib. Canpolad Hüseynov bibisi oğlunun öldüyünü eşidərək xəstəxanadan qaçıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən Canpolad Hüseynovun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, Canpolad Hüseynov 20 il məhkumluq həyatı yaşayıb və həbsxanadan azadlığa bu yaxınlarda çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı