Azərbaycan İdeyası

Sevgilisi ilə birləşib ərini qətlə yetirmiş qadına ömürlük cəza tələb etdilər

Tarix:7-09-2016, 11:21
Baxış Sayı:283

Sevgilisi ilə birləşib ərini qətlə yetirmiş qadına ömürlük cəza tələb etdilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə ərini güllələyib, sonra doğrayaraq basdırmaqda ittiham olunan Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Lalə Mahmudova və İsmayıllı rayon sakini 1975-ci il təvəllüdlü Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir. Məhkəmədə zərərçəkmiş Elçin Mahmudov ifadə verib. O, təqsirləndirilən şəxslərə ən ağır cəzanın – ömürlük həbs cəzasının verilməsini istəyib. Daha sonra təqsirləndirilənin qardaşı ifadə verib. Məhkəmə sentyabrın 20-də davam etdiriləcək.

İttihama görə, Sədi Məmmədov 2010-cu ildən tanış olduğu, mütəmadi olaraq görüşüb əlaqə saxladığı Lalə Mahmudovanın əri Kamran Mahmudovun onlardan şübhələndiyini, aralarındakı münasibətindən xəbər tutacağını, görüşmələrinə maneçilik yaradacağını güman edərək, 2014-cü ilin may ayında onu öldürdükdən sonra cəsədi doğrayıb İsmayıllı rayonunda basdırmağı, bundan sonra ailə qurmağı planlaşdırıblar. Amma 2014-cü ilin yayında Sədi Məmmədovun qəza törətməsi onların cızdıqları qətl planını bir qədər ertələyib.

Belə ki, S.Məmmədovun uzun müddət xəstə yatması səbəbindən cinayəti təxirə salmağa məcbur olublar. Tam bir il keçdikrən sonra isə sözügedən amansız qətli reallaşdırıblar. 2015-ci ilin sentyabr ayının ortalarından etibarən L.Mahmudova və S.Məmmədov Kamranı necə öldürməklə ilə bağlı söhbətlər aparıblar. Bu məqsədlə S.Məmmədov sellofan torbalar, torbaları bağlamaq üçün xomutlar alaraq Laləyə verib. Lalə həmin əşyaları özünəməxsus avtomobilə qoyaraq yaşadığı mənzilə gətirərək orada gizlədib.

Ötən ilin sentyabr ayının 26-da S.Məmmədov Laləyə “Whatsapp” la mesaj yazaraq əri evə gəldikrən sonra ona xəbər verməsini və mənzilin qapısını açıq qoymasını tapşırıb. Gecə saatlarında Kamran Mahmudov evə gəldikdən sonra Lalə bu barədə Sədini məlumatlandırıb. S.Məmmədov özü ilə odlu silah götürərək Lalənin yaşadığı ünvana yollanıb. Mənzilə daxil olaraq Kamranın yatdığı otağa keçib, ona baş nahiyəsindən iki dəfə atəş açıb. Bundan sonra Laləylə köməkləşib meyiti hamam otağına aparıblar. Hamamda S.Məmmədov kəsici mişarla meyiti hissələrə ayırıb. Kəsilmiş hissələri torbalara qablaşdırıb və özünə məxsus “BMW” maşının yük yerinə yerləşdirib. Səhər tezdən İsmayıllı rayonunun Talıstan kəndinə yola düşüb.

K.Məmmədovun hissələrə parçalanmış cəsədini qardaşı Əli Məmmədovun bağ evinin həyətində basdırıb. Fakta bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb. Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır