Azərbaycan İdeyası

Bakıda avtobus sürücülərinin qrafik davası, qətl və 18 il həbs

Tarix:6-09-2016, 10:36
Baxış Sayı:305

Bakıda avtobus sürücülərinin qrafik davası, qətl və 18 il həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını qətlə yetirməkdə ittiham olunan 37 yaşlı Ağstafa rayon sakini Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının verdiyi xəbərə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib. Məhkəmənin hökmü ilə M.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs son söz deyib. O, iş yoldaşı Zülfüqar Əzizlini qəsdən vurmadığını, onu öldürmək niyyəti güdmədiyini, hadisə zamanı özündə olmadığını deyib: “Hadisə mənim maşınımda olub. Baş vermiş hadisədən çox peşmanam. Hər ikimiz avtobus sürücüsü olmuşuq, qrafik üstündə aramızda mübahisə düşdü. Bıçaqla onu vurmaq istəmirdim, necə oldusa bıçaq ona dəydi. Hadisə xuliqanlıq zəminində olmayıb. Bir işdir, başımıza gəldi. Həmin vaxt Zülfüqarı özüm maşınla xəstəxanaya apardım. Belə olmasını istəməzdim”.

Qətlə yetirilən 23 yaşlı Zülfüqar Əzizlinin atası isə 6 aydan bəridir ki, gözünün yaşının qurumadığını deyib: “23 yaşlı oğulu öldürmüsın. Zülfüqar ailənin tək övladı idi. Bunu ki, bilirdin. Bıçağı niyə onun ürəyinə vururdun? Qarnına vuraydın, gözünə vuraydın”.

Məhkəmə zamanı məlum olub ki, M.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb. O, narkotik maddələrdən istifadəyə görə 2011-ci ildə 2 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Qeyd edək ki, hadisə Nərimanov rayonunun İsmayil Hidayətzadə küçəsindəki 3 saylı binanın qarşısında baş verib. 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini Zülfüqar Əzizlini bıçaqlayıb. Yaralı aldığı xəsarətdən dünyasının dəyişib. Törətdiyi cinayət əməlinə görə M.Məmmədov Cinayət Məcəlləsinin 120.2-ci maddəsi ilə ittiham olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı