Azərbaycan İdeyası

Zindandan məktub... - 60 saylı KAMERA

Tarix:12-10-2016, 13:57
Baxış Sayı:271

Zindandan məktub... - 60 saylı KAMERA
Bu həyata bir deyil,bir neçə dəfə gəlmiş olsa idik,əvvəl şərəfsiz,daha sonra ləyaqətli ömür sürmək barədə düşünmək olardı.Müəyyən mənada...

Amma iş elə gətirib ki,bir kərə yaşayıb gedirik. Ona görə də bütün varlıq və mövcudiyyətini səfərbər edib ləyaqətli həyat tərzinə üstünlük vermək vacib şərtdir.Nədir bu tərz? Gördüyün haqsızlıqları dilə gətirib söyləmək,yazmaq,bəzənsə hayqırmaq,gücsüzləri əzənlərin eybəcər xarakterini hər fürsətdə ifşa etmək,külli hallında insanlıqdan yana olmaq,maddiyyatı deyil, mənəviyyatı önəmsəmək!

Doğrudur,bu dünyada, xüsusən Azərbaycanda belə yaşamaq bir qədər çətindir,amma mümkündür. Ona görə çətindir ki,sən iş və karyerandan dünənədək yoldaş-dost bildiklərindən,azadlığından,bəzənsə həyatından məhrum olub,ən yaxın əzizlərini məşəqqətli günlərə salıb rahat həyat tərzindən çıxdaş edə bilərsən...

Lakin həmin çətinlikləri dəf edə biləcək azad ruha,möhkəm iradəyə, hər bir zülmətin yekununun mütləq aydınlıq olacağına dərin inamdan qaynaqlanan zehniyyətə sahibsənsə,bu ləyaqətli həyatın mümkünlüyünü şərtləndirir. Bəli,mən çətinlikləri bir bucağa tulazlayıb,məhz mümkünlüyü irəli çəkirəm.!

Dostlar,bu sətirləri hörmətli vəkilim və dostum Bəhruz bəylə görüşün təsiri altında yazdım.Təbiriklərinizi mənə çatdırdı. Doğum günümə ifadə etdiyiniz xoş sözlər, bəlkə də qədərindən artıq verdiyiniz dəyər məndən ötrü çox qiymətlidir. Əmin ola bilərsiniz ki,hazırkı və sonrakı fəaliyyətim verdiyiniz qiyməti,etdiyiniz etimadı daha dolğun şəkildə doğrultmağa xidmət edəcəkdir. Azadlıqda görüşənədək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı