Azərbaycan İdeyası

Ana 5 yaşlı oğlunu niyə öldürdü? - Ruhi xəstə, yoxsa...

Tarix:13-10-2016, 10:56
Baxış Sayı:272

Ana 5 yaşlı oğlunu niyə öldürdü? - Ruhi xəstə, yoxsa...
Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib. Criminal.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub. Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb.

Belə ki, N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Təbii ki, ananın bu davranışı cəmiyyətdə böyük rezonans doğurub. Çoxları azyaşlı övladını öldürən ananın ruhi xəstə olduğunu iddia edir.

Bununla bağlı Aile.lent.az-a açıqlama verən Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı, psixoterapevt Orxan Fərəclinin sözlərinə görə, bu, ruhi xəstələrdə, xüsusən şizofreniyalı xəstələrdə çox görülən bir haldır: “Belə xəstələr xüsusən də doğmaları haqda fikirləşirlər ki, onlar əziyyət çəkir, hər hansı sağalmayan xəstəlikləri var, ən yaxşısı onu öldürüb bu əzabdan xilas edim. Buna bənzər bir hadisə yaxın günlərdə Yaponiyada baş vermişdi. Qocalar evinin keçmiş işçisi oranın 17 sakinini öldürmüşdü.

Böyük ehtimalla eyni cür fikirləşib ki, onları öldürməklə əslində yaxşılıq edir, əzabdan qurtarır. Amma yenə də tək bir faktla demək olmaz ki, bu adam ruhi xəstədir, yaxud şizofrenikdir. Eləcə də 5 yaşlı oğlunu öldürən ananın ruhi xəstə olduğunu dəqiq iddia etmək çətindir. Bu, məhkəmə psixiatriya ekspertizasının həll etməli olduğu məsələdir. Bundan başqa qadının ruhi problemi olmasından daha çox materialda qeyd olunduğu kimi, hansısa təriqətin üzvüdür. Bu təriqətin daxilində belə qaydaların olub-olmaması da təriqəti bilənlər tərəfindən araşdırılmalıdır. Yəni dəqiq araşdırılmalıdır ki, ana bu cinayəti ruhi xəstə olduğu, yoxsa təriqət qanunları tələb etdiyi üçün törədib”.

OXŞAR XƏBƏRLƏR
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI .
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI .
Məktəblərdə tətil elan edildi - Bu ölkədə...
Məktəblərdə tətil elan edildi - Bu ölkədə...
Azərbaycanda ZƏLZƏLƏ oldu-FOTO
Azərbaycanda ZƏLZƏLƏ oldu-FOTO
Təbrik edirik+FOTO
Təbrik edirik+FOTO
Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?
Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?
İranda xəbər agentliklərinin fəaliyyəti dayandırıldı
İranda xəbər agentliklərinin fəaliyyəti dayandırıldı
57 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
57 kiloqramdan artıq narkotik vasitə aşkar edildi