Azərbaycan İdeyası

İntihar edən qadının həyat yoldaşı ''Sevgi mesajlarımız üzə çıxacaq'' - FOTO

Tarix:14-10-2016, 11:40
Baxış Sayı:365

İntihar edən qadının həyat yoldaşı ''Sevgi mesajlarımız üzə çıxacaq'' - FOTO
Rəşad Həsənov: «Gülnarın telefon danışıqları və tibbi ekspertiza onun ölüm səbəbini ortaya qoyacaq»

“Biz bir-birimizi çox sevmişik. Telefon danışıqlarından sevgi mesajlarımız üzə çıxacaq. Biz dəvət olduğumuz toyların bəy-gəlin masasında əyləşib şəkil çəkdirirdik. Sanki hər dəfə toyumuz olurdu. Yoldaşım canına qıydı. Mən isə uşaqlarım üçün yaşayıram. Onların təhsil almasını istəyirəm. Gündüz fəhləlik edib, axşam mühafizəçi kimi işləyirəm ki, övladımın heç nəyə ehtiyacı olmasın. Mən övladlarımı istəyirəm”.

Bu sözləri oktyabrın 3-də Bərdə rayonu Qaradəmirçi kəndində evdə meyiti tapılan 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının həyat yoldaşı Həsənov Rəşad Məmmədhüseyn oğlu “Bizim Yol”-a açıqlamasında bildirib.

O, həyat yoldaşının ailə üzvlərinin özünə qarşı ittihamlara da cavab verib. R.Həsənov deyib ki, bir müddət başı internet oyunlarına qarışdığı üçün həyat yoldaşı ilə münasibətlərində soyuqluq olub:

“Mən bir müddət internet klubuna mütəmadi gedirdim. Bu zaman Gülnar küsüb evdən getdi. Üç ay bir yerdə yaşamadıq. Mən onu ac-susuz qoymamışdım. Sadəcə başım internet oyununa qarışmışdı”.

Rəşad Həsənovun sözlərinə görə, o ölüm hadisəsi baş verən zaman təcili tibbi yardıma və polisə məlumat verib:

“Yas mərasimində iştirak etmək istəmişəm, amma mənim iştirak etməyimi istəməyiblər. Mərasimə getsəm öldürəcəkləri ilə hədələyiblər. Bəli, hər ailədə narazılıq olur. Bu o demək deyil ki, öldürmək lazımdır. Boşanmaq istəmişik, amma məhkəməyə müraciət olmayıb. Son günlərdə atası da bizimlə qalıb. Mehriban olmuşuq. Biz mehriban olmasaq, Gülnarın valideyni bizim evdə tez-tez gəlməzdi”.

R.Həsənov tibbi ekspertizanın nəticəsində ölüm hadisəsinin səbəbinin aydın olacağını bildirib:

“Araşdırma gedir. Gülnarın intihar etməsinin səbəbi açıqlaya bilmirəm. Bu səbəbi Gülnarın qardaşı bilir. Gülnarın telefon danışıqları və tibbi ekspertiza onun ölüm səbəbini ortaya qoyacaq”.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
İntihar edən qadının həyat yoldaşı ''Sevgi mesajlarımız üzə çıxacaq'' - FOTO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı