Azərbaycan İdeyası

''Avtoş''lar həbs edildi - FOTO

Tarix:17-10-2016, 13:55
Baxış Sayı:321

''Avtoş''lar həbs edildi - FOTO
Gəncədə yol hərəkəti qaydalarını pozaraq müxtəlif ərazilərdə və toy karvanlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

Saxlanılan şəxslər Gəncə şəhər sakinləri 1991-ci il təvəllüdlü Emin Bədirov Hyunday markalı avtomobillə, 1989-cu il təvəllüdlü Ruslan Səlimov “VAZ2107” ilə və Samux rayon sakini 1993-cü il təvəllüdlü Ceyhun Əliyev isə “Niva” markalı maşın ilə avtoxuliqanlıq ediblər. DYP-nın inspektoru Hacı Həsənovun verdiyi məlumata görə, avtoxuliqanlıq edən sürücülər həm vizual qaydada, həm də təhlükəsiz şəhər kameralarının görüntüləri vasitəsiylə müəyyən edilib.

Onların sürücülük hüququ məhkəmənin qərarı ilə bir il müddətində məhdudlaşdırılıb və barələrində inzibati qaydada 20 sutkalıq həbs qəti imkan tədbiri seçilib. Yol Polisi əməkdaşları şəhərdə qayda pozan və avtoxuliqanlıq edən sürücülərə qarsı tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildiriblər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı