Azərbaycan İdeyası

Məşhur görüntüdəki polis mükafat aldı - Video

Tarix:17-10-2016, 14:00
Baxış Sayı:287

Məşhur görüntüdəki polis mükafat aldı - Video
Bakı-Quba avtomobil yolunun 47-ci kilometrliyində xidmət apararkən dəmir qurğuların arasında qalan yeniyetmə qızı xilas edən polis əməkdaşı mükafat alıb. Ədalət.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşı, polis serjantı Tusi Kamal oğlu Bayramzadə həmçinin Bakı-Quba avtomobil yolunda hər gün gəlib duran və hərəkətin təhlükəliyinə şərait yaradan bir sahibsiz qadını və onun uşağını da Xəzər TV-nin aparıcısı Xoşqədəm Hidayətqızına təqdim edib. Bundan sonra həmin qadını işə düzəldiblər və sığınacaqla təmin ediblər.

Tağım komandiri, polis mayoru Ürfət Şükürov Tusi Bayramzadə haqqında deyib ki, o, dəfələrlə qəza baş vermiş zaman ağır vəziyyətdə olan sərnişinlərə yaxından köməklik göstərib. Məhz bu cür nümunəvi hərəkətlərinə görə o, Daxili İşlər Nazirliyi tərəfindən "Əla xidmətə görə" döş nişanı ilə təltif olunub və bir neçə dəfə mükafatlandırılıb.

Bu gün də biz ona çalışırıq ki, xidmət apardığımız Bakı-Quba avtomobil yolunda sürücülər, sərnişinlər və yol polisi arasında yüksək mədəni münasibətlər yaransın və hər iki tərəf bir-biriylə normal davransın. Belə olanda biz də xidmət apardığımız işdən zövq alırıq. Qeyd edək ki, bu ilin avqustunda Avtosfer.az saytı, Jurnalistika və İnkişaf Mərkəzi, eləcə də "Digesta" hüquq firması bir qrup DYP əməkdaşını xidmətdə fərqləndiklərinə görə mükfatlandırıb. Onların arasında Tusi Bayramzadə də var.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama