Azərbaycan İdeyası

Xədicə İsmayıl prokurorluqdan kompensasiya tələb edir

Tarix:3-08-2016, 10:19
Baxış Sayı:340

Xədicə İsmayıl prokurorluqdan kompensasiya tələb edir
Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıl bəraət aldığı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə qanunsuz həbsdə saxlanıldığı müddətə görə prokurorluqdan kompensasiya tələb edir. Jurnalist bu ittihamı ona verən Bakı şəhər prokurorluğuna qarşı iddia ərizəsilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Maliyyə Nazirliyi də üçüncü şəxs qismində prosesə cəlb olunub. “Azadlıq” radiosunun məlumatına görə, iddiaya hakim Azər Tağıyevin sədrliyilə baxılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 17-nə təyin olunub.

Xədicə Ismayıl iddia ərizəsində göstərib ki, 2014-cü il dekabrın 5-də CM-nin 125-ci maddəsilə ittiham edilərək həbs olunub. O, 2015-ci il martın 6-dək məhz 125-ci maddə ilə həbsdə saxlanılıb. “Bakı Ağır Cinayətlər Məhkəməsinin CM-nin 125-ci maddəsinə bəraət verməsi Xədicə Ismayılın 5 dekabr 2014-ci ildən 6 mart 2015-ci ilə qədər, yəni 91 gün qanunsuz həbsdə qalmasını təsdiq edir. Beləliklə, Xədicə Ismayıl hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödədiyi məbləğlər, həbsdə olduğu müddətdə işləyə bilmədiyi üçün əldən çıxmış gəliri, həbsdə olduğu müddətdə çəkilmiş digər xərclər, eləcə də ona dəymiş maddi və mənəvi zərərə görə pul kompensasiyası almaq hüququna malikdir”, – iddia ərizəsində qeyd olunub.

Jurnalist bu 91 gün ərzində ona dəymiş maddi ziyanı 9030 manat hesablayıb. Üç ay qanunsuz həbsdə saxlanılması nəticəsində dəymiş mənəvi ziyanı isə 20 min manat məbləğində dəyərləndirib: “Ibtidai istintaq orqanının (Bakı şəhər prokurorluğunun) qanunsuz hərəkəti nəticəsində Xədicə Ismayılın 91 gün qanunsuz həbsdə saxlanmasına görə ona cəmi 29 min 30 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edəsiniz”.

Xədicə Ismayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə curnalistə bəraət verib. Jurnalist 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. Lakin Xədicə Ismayıl ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

OXŞAR XƏBƏRLƏR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Milli Məclisin iclası başladı - BÜDCƏ MÜZAKİRƏ OLUNUR
Milli Məclisin iclası başladı - BÜDCƏ MÜZAKİRƏ OLUNUR
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ