Azərbaycan İdeyası

Xədicə İsmayılova: Şikayətimi Avropa Məhkəməsinədək davam etdirəcəm

Tarix:9-08-2016, 10:34
Baxış Sayı:395

Xədicə İsmayılova: Şikayətimi Avropa Məhkəməsinədək davam etdirəcəm
Məhkəmə jurnalistin şikayətini qismən təmin edib Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Xədicə İsmayılovanın cəza müddətini 3,5 ildən 2 il 3 ayadək azaldıb.

Xədicə İsmayılova Amerikanın Səsinə bildirib ki, məhkəmə yalnız ittihamı 192.2.1-ci maddədən(külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) 192.1 (qanunsuz sahibkarlıq) maddəsinə tövsif edib. Məhkəmə cinayət qanunvericilyinin yeni redaksiyasına istinad edib ki, burada külli miqdarda gəlirin həcmi 50 min manatdan 100 min manatadək artırılıb.

İttiham tərəfi hesab edir ki, X.İsmayılovanın beş il ərzində 79,5 min manat həcmində qonorarı qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi gəlirdir. Belə ki, o, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditədən keçməyib.

Sonda məhkəmə X.İsmayılovanın barəsində 192.1 maddəsi üzrə 4 ay azadlıqdan məhrumetmə və 213.1 maddəsi (vergi ödəməkdən yayınma) ilə birlikdə 5 il sınaq müddətinə 2 il 3 ay ümumi şərti cəza müddəti təyin edib. İsmayılova qeyd edib ki, məhkəmənin qərarından razı deyil və ondan şikayət verəcək. “Mən 192-ci maddə üzrə ittihamıntam götürülməsini təkid edirəm. Apellyasiya şikayətim təmin edilməsə Avropa Məhkəməsindəədk şikayətimi davam etdirəcəm.

Külli miqdarda gəlirin əldə edilməsi barədə ittihamın götürülməsi mənim üçün prinsipial əhəmiyyət daşımırdı. Biz XİN-də akkreditə olmadan fəaliyyətin dekriminallaşdırılmasına çalışırdıq. Ancaq, görünür, XİN-də akkreditəsi olmadan çalışan jurnalistlərə qarşı cinayət təqibinin mümkün olmadığı halda presedent yaratmaq istəyinin (hakimiyyət) olmaması səbəbindən bu, baş vermədi.

Belə olan halda mənim üzərimdə ancaq 213.1-ci maddə üzrə ittiham qalırdı ki, bununla da amnistiyaya düşürdüm”, – o, bildirib. Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs edilib. 2015-ci il sentyabrın 1-də 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.1 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2 (vəzifə səlahiyyətindən sui-istfadə) maddələri ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı il mayın 25-də Ali Məhkəmə 179.3.2 və 308.2 maddələri üzrə ittihamları götürüb və cəza müddətini 5 il sınaq müddəti olmaqla 3,5 ilədək azaldıb. (azadlıq)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı