Azərbaycan İdeyası

Zaqatalada canavar əsgərə hücum çəkdi, kürəyini dişlədi

Tarix:19-07-2017, 12:21
Baxış Sayı:562

  Zaqatalada canavar əsgərə hücum çəkdi, kürəyini dişlədi

Zaqatalada yeniyetmə canavar hücumuna məruz qalıb.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, rayonun Aşağı Çardaqlar kənd sakini, 2001-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu Məmmədov kəllənin gicgah nahiyəsinin dişlənmə xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla həmsərhədində, Zaqatala rayonu Aşağı Çardaqlar kəndinin inzibati ərazisində meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb. O həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib.
Ona quduzluq əleyhinə iynə vurulub, vəziyyəti normaldır.
Qeyd edək ki, eyni canavar daha sonra ərazidə hərbi xidmətdə olan, Zaqatala DSX-nın əsgəri B.Əsgərova hücum edərək onun kürək nahiyəsini dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı