Azərbaycan İdeyası

Ağsuda QORXUNC OLAY: canavar kənd sakinini PARÇALADI – VİDEO

Tarix:8-08-2017, 10:50
Baxış Sayı:416

  Ağsuda QORXUNC OLAY: canavar kənd sakinini PARÇALADI – VİDEO

Ağsuda canavarlar kəndə hücum edib. Sürü şəklində yaşayış məntəqəsinə girən yırtıcılar 2 nəfərə ağir xəsarət yetiriblər.
Canavarlar kəndə hücum edərək 2 nəfərə ağır xəsarət yetirib. Hadisə Ağsunun Padar kəndində baş verib. Yaşayış məntəqəsinə girən yırtıcılar əvvəlcə kənd sakini Fikrət Şeydayevə hücum edib. əlindəki yaba ilə özünü müdafiə edən Fikrət Şeydayev bədənin müxtəlif nahiyyələrindən xəsarətlər alıb. O, təcili olaraq Göyçay, ardınca isə Mingəçevir xəstəxanasına aparılıb.
Kəndin içərisinə girən canavar daha sonra kənd sakini, 69 yaşlı Həsrət Qurbanova hücum edib və onun üz hissəsini parçalayıb.
Qonşuların və oğlunun köməyi ilə Həsərt Qurbanov canvarın əlindən xilas ola bilib və ona hücum edən canvar öldürülüb.
Həsrət Qurbanov ağır vəziyyətdə Ağsu rayon Mərkəzi xəstxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Cərrahiyyə əməliyyatı 5 saat davam edib. Həsrət Qurbanova quduzluq əleyhinə zərdablar vurulub. Ağsu baytarlıq idarəsinin əməkdaşları da əraziyə baxış keçiriblər.
Sakinlər bildiriblər ki, yırtıcı heyvanlar tez-tez kəndə hücum edərək həm təsərrüfatlara ziyan vurur, həm də insanlara xəsarət yetirir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı