Azərbaycan İdeyası

Qumar oyunu sevgililərin həbsi ilə nəticələndi

Tarix:10-04-2018, 13:51
Baxış Sayı:1 023

  Qumar oyunu sevgililərin həbsi ilə nəticələndi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Korrupsiya-q.az “Ölkə.Az”ın xəbərinə görə, bildirir ki hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə həmin şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 18-nə təyin edilib.
Qeyd edək ki, qətl ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. E.Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi nikahda yaşadığı R.Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı A.Balayev E.Rəsulovu təhqir edib. Bu zaman E.Rəsulov A.Balayevi yerə yıxaraq yumruq-təpik zərbələri vurmağa başlayıb.
Ciddi müqavimət görən E.Rəsulov R.Əlmuradovadan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib. Qadın da ipi gətirərək A.Balayevin əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan A.Balayevi yumruq-təpik zərbələri vuraraq qətlə yetirib.
E.Rəsulov ilkin ifadəsində dostunun sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, aparılan araşdırmalar zamanı qətlin qumar üstündə baş verdiyi məlum olub.
A.Balayevin 3 azyaşlı övladı var. Hadisəni törədən E.Rəsulov isə əvvəllər məhkum olub.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı