Azərbaycan İdeyası

Azərbaycanda icra başçısı dəhşətli xəbəri alar-almaz XƏSTƏXANAYA GƏLDİ VƏ...

Tarix:23-05-2019, 16:39
Baxış Sayı:179


Bu gün sübh saatlarında Ələt-Astara magistral yolunun Neftçala rayonu ərazisindən keçən 85-ci kilometrliyində baş verən dəhşətli qəzada ölən 4 nəfərin meyiti Salyan rayon Xəstəxanasından Yardımlıya yola salınıb.
Korrupsiya-q.az + xəbər verir ki, rayon xəstəxanasına qəzada vəfat edən 4 nəfərin meyitinin gətirildiyini öyrənən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov dərhal xəstəxanaya gəlib. O, vəfat edən şəxslərin cənazələrinin ailələrinə təhvil verilməsi və Yardımlıya yola salınması işinə şəxsən rəhbərlik edib və onları ayrı-ayrı maşınlarda rayonlarına göndərib.
Qeyd edək kii, “Ford Transit” markalı mikroavtobusun yük avtomobilinə çırpılması nəticəsində 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Ölənlərin hamısı Yardımlı rayon sakinləridir.
Hadisə nəticəsində ağır xəsarət alan 2 nəfər: 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı xəstəxanaya yerləşdirlib.
Onu da qeyd edək ki, Sevindik Hətəmov 2016-cı ildə Salyan rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilənədək Yardımlı rayonuna rəhbərlik edib.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama