Azərbaycan İdeyası

Ayağını şüşədən çölə çıxaran sürücü müəyyən EDİLDİ - FOTO

Tarix:13-07-2019, 11:00
Baxış Sayı:169

KORRUPSİYA-Q.AZ

“Hərkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücü müəyyən olunub”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a bildirib ki, sosial şəbəkələrdə digər sürücü tərəfindən çəkilərək yayılan görüntülərlə bağlı aparılan araşdırma zamanı sürücünün şəxsiyyəti müəyyən olunub.

Bölmə rəisi bildirib ki, həmin şəxs 35 yaşlı Mingəçevir şəhər sakinidir: “Onunla profilaktik söhbət aparılıb, əməlinin hüquqazidd olduğu izah olunub. Lakin həmin şəxs öz çoxillik sürücülük təcrübəsini əsas gətirərək bu əməlinin heç də təhlükəli olmadığını bildirib”.

Vaqif Əsədov əlavə edib ki, inzibati xəta tərkibi yaradan sürücünün əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı