Azərbaycan İdeyası

Bakıda ev sahibi cinayətkarı arxasınca qaçdı, ona güllə atdılar

Tarix:21-10-2016, 11:43
Baxış Sayı:303

Bakıda ev sahibi cinayətkarı arxasınca qaçdı, ona güllə atdılar
Bakıda silahlı insident olub. Criminal.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Telman Məmmədov gecə yaşadığı binanın blokuna daxil olarkən binadan naməlum saqqallı şəxsin çıxdığını görüb.

T. Məmmədov ondan kim olduğunu xəbər aldıqda naməlum şəxs səhv ünvana gəldiyini deyərək ərazidən uzaqlaşıb. T.Məmmədov binaya daxil olaraq yaşadığı evə qalxıb. O, mənzilin qapısının gözlüyünə saqqız yapışdırıldığını görüb, bunun həmin naməlum şəxs tərəfindən törədildiyini ehtimal edərək onun arxasınca qaçıb.

Naməlum şəxs arxasınca gələnin olduğunu gördükdə əlindəki tapançadan havaya atəş açıb. T.Məmmədov silah səsindən sonra onu təqib etməyi buraxıb və bu barədə polisə məlumat verib.

Qaradağ Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan müraciət əsasında araşdırmalara başlanıb. Hazırda polis silahdan istifadə edən şəxsin kimliyinin müəyyənləşdirilərək tutulması istiqamətində axtarışları davam etdirir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı