Azərbaycan İdeyası

Bacısının boğazını kəsən qızla bağlı - Qərar

Tarix:12-11-2015, 14:00
Baxış Sayı:354

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının başını kəsərək öldürən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Korrupsiya və Qanun" qəzetinə istinadən "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə qərar elan edilib.
Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərinin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla bağlı Pərvanə Nuriyeva Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasına göndərilib.
Qeyd edək ki, P.Nuriyeva bacısı Günel Nuriyevanı 2014-cü ilin oktyabr ayında yaşadıqları evdə başını bıçaqla kəsərək öldürüb.
Hadisədən sonra Pərvanə Nuriyeva polisin suallarına soyuqqanlı cavab versə də, bu, polisi yanıltmayıb. Pərvanə musiqi kollecinə səhər saat 10:00-da getdiyini desə də, blokda quraşdırılmış kameraya baxış keçirildikdən sonra qızın yalan söylədiyi bəlli olub.
Polis Pərvanə Nuriyevanın ifadə verdiyi vaxt tez-tez güldüyünü də gözdən qaçırmayıb. Nəhayət, Pərvanə bacısı Güneli öldürdüyünü etiraf edib
Hadisə ilə bağlı danışan Pərvanə, bacısı Günellə aralarında konflikt baş verdiyini deyib. Nəticədə Pərvanə çarpayıda uzanan bacısının kürəyinə bıçaqla zərbə endirib. Bu zaman Günel bacısına müqavimət göstərməyə başlayıb. Sonra dəhlizdə bacılar arasında dava qızışıb. Günel bıçağı bacısının əlindən ala bilməyib.
Nəticədə Pərvanə bacısına bir neçə bıçaq zərbəsi endirib, ardınca isə onun boğazını kəsib. Güneli öldürdükdən sonra Pərvanə bıçağı təmizləyərək, onu yerinə qoyub. Bacısının mobil telefonunu götürən Pərvanə öz paltarının qan ləkələrini itirmək üçün onu paltaryuyan maşına atıb. Və heç nə olmamış kimi, evdən çıxaraq, musiqi məktəbinə yollanıb.
Pərvanə Nuriyeva ilkin dindirilmə zamanı bildirib ki, bacısı bir müddətdir evə gəlin və qız gətirirmiş. Onlarla əxlaqsız hərəkətlər edirmiş. Pərvanə bacısı Günel Nuriyevaya dəfələrlə iradını bildirsə də, heç bir nəticə olmayıb.
Onu da qeyd edək ki, qızların atası Etibar Nuriyev tanınmış biznesmendir. Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir.

Murad Əhməd

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026