Azərbaycan İdeyası

Qonşusunu bıçaqlayan şəxs: "Gücüm çatmadı, bıçaqla vurdum"

Tarix:22-10-2015, 15:50
Baxış Sayı:376

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən Xaçmaz rayon sakini, 1986-cı il təvəllüdlü Zəkəriyyə Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Koorupsiya və Qanun" qəzetinə istinadən Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib.
O, məhkəmədə sərbəst ifadə verib. Z. Cəfərov peşman olduğunu və zərərçəkmiş şəxslə barışdıqlarını bildirib: “Hadisə bu il iyunun 14-də baş verib. Xaçmazın mərkəzində təkər düzələn vulkanizasiyada işləyirdim. İşdən evə gəlirdim. Gec olduğu üçün maşını sürətlə sürürdüm. Yorğunuydum. Evə tez çatıb yatmaq istəyirdim. Bu zaman qonşuluqda olan Orxan Mehdiyev maşının qabağını kəsdi. Bildirdi ki, maşınla keçəndə onu toza basmışam. Mübahisə elədik. Onunla münasibətimiz 2 il əvvəl azca da olsa pisləşmişdi. Mübahisəmizi kəndin qırağına çıxıb davam etdirmək qərarına gəldik. Hərəmiz öz maşınımızla kəndin kənarına gəldik. Maşından düşdüm. Söhbət əsnasında gözlənilmədən Orxan mənə kəllə ilə zərbə vurdu. Özümdən çıxdım. Gücüm də çatmadı. Təkər işinə baxdığımdan hər zaman maşında mətbəx bıçağı olurdu. Gedib onu götürdüm. Birinci özümü qorumaq məqsədim var idi. Özümdən asılı olmadı. Bıçaqla ona bir zərbə vurdum. O vaxtı elə bil, yuxudan ayıldım. Özümə gəldim, amma artıq hər şey gec idi. Orxan əmisinə zəng etdi, mən də maşına minib evə getdim. Hadisənin şokundan əlim-ayağım tutmurdu. Hadisə barəsində atama dedim. Atam dərhal durub, Orxanın əmisigilə getdi. Peşmanam, gərək belə olmayaydı. Orxanla barışmışıq”.
Təqsirləndirilən şəxs hakimlərin və prokurorun suallarına cavab verib.
Prosesdə zərərçəkmiş Orxan Mehdiyev ifadə verib. O da hadisənin toza görə baş verdiyini bildirib: “Zəkəriyyə dediyi kimi toza basdı. Mən də etiraz etdim. Onunla heç bir problemin yoxdur. Başqası da məni toza bassaydı, həmin cavabı verərdim. Kəndin qırağına getdik. Bıçaqla bir zərbə vurdu və qorxub kənara çəkildi. Hadisədən sonra ailələrimiz barışıb, xəstəxana xərclərimi ödəyiblər. Barışıq olub, şikayətim yoxdur. Yüngül cəzanın verilməsini məhkəmədən xahiş edirəm”.
Məhkəmədə şahid qismində Mirzəməhəmməd Cəfərov ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsin atası olduğunu qeyd edib: “Evdəydim, Avropa oyunlarına baxırdım. Birdən oğlum içəri girib dedi ki, Orxanı bıçaqlamışam. Tez əynimi geyinib, Orxanın əmisigilə getdim. Onlardan da birlikdə Xaçmaz Mərkəzi Xəstəxanasına getdik. Biz yaxın qonşuyuq. Babalarımız qonşu olub. Aramızda heç vaxt ədavət olmayıb. Zəkəriyyədən indiyə qədər mənə şikayət edən olmamışdı”.
Prosesdə zərərçəkmiş Orxan Mehrəliyevin atası Əfqan Mehrəliyev də ifadə verib: “İşdən gəlmişdim. Axşam idi. Yatmışdım. Birdən oyatdılar, dedilər, Orxan bıçaqlanıb. Tez xəstəxanaya getdim. Şikayətimiz yoxdur, ailələr hər zaman qonşuluqda olub, normal münasibətimiz var”.
Təqsirləndirilən şəxsin əmioğlusu Fuad Əzizov ifadəsində deyib ki, Zəkəriyyə hadisədən sonra onu telefonla zəng edib, evə çağırıb: “Evdəydim, zəng elədi. Bildirdi ki, bizə gəl. Dedim ki, telefonda de, amma o, söhbətin telefonluq olmadığını bildirdi. Evlərinə getdim. Orxanı bıçaqladığını dedi. Səbəbi haqqında bir söz demədi. Mənə dedi ki, apar məni polisə təhvil ver. Getdim onu polisə qoydum, ordan da xəstəxanaya getdim”.
Hakim məhkəmə istintaqının başa çatdığı bildirib. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxış etmək üçün vaxt istəyib. Məhkəmə prosesi oktyabrın 28-də davam edəcək.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."