Azərbaycan İdeyası

Pensiyaya çıxmaq üçün saxta sənəd düzəltməyə söz verdi, 15 min manata görə döyüldü

Tarix:18-09-2019, 14:00
Baxış Sayı:132


Bakının Binəqədi rayonunda maraqlı hadisə qeydə alınıb. Hərbi hospitalın keçmiş kuryeri - 41 yaşlı T.Səttarova hədə-qorxu gələrək pulunu alıblar.
Bu barədə Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məsələ burasındadır ki, Səttarov 4-cü Polis Bölməsinə şikayətlə müraciət edib. O qeyd edib ki, sentyabrın 17-də Biləcəri qəsəbəsində Rüstəm, Yusif, Xəlil, Musa, Fəxrəddin, Vüsal və Müşfiq adlı şəxslər ona hücum edərək bədən xəsarəti yetiriblər. Onlar Səttarovdan 15 min manatı geri qaytarmağı tələb ediblər və əks halda ölümlə hədələyiblər.
İlkin istintaq zamanı məlum olub ki, sözügedən şəxs yalan danışdığına görə döyülüb. Səttarov sözügedən şəxslərə müəyyən məbləğ qarşılığında vaxtından əvvəl pensiyaya çıxmaq üçün saxta sənəd düzəldəcəyinə söz verib. Ümumi olaraq o, yuxarıda adı çəkilən şəxslərdən 15 min manat pul alıb. Bu səbəbdən onlar toplaşaraq Səttarovu döyüblər.
Qeyd edək ki, bu, baş verən hadisə ilə bağlı ilkin versiyadır.
Hazırda Binəqədi Rayon Polis İdarəsində baş verən hadisənin detalları araşdırılır. Faktla bağlı saxlanılan yoxdur.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı