Azərbaycan İdeyası

Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi

Tarix:14-10-2019, 16:31
Baxış Sayı:110


Goranboyda qadını ata bağlayaraq döyən şəxs məsuliyyətə cəlb edilib.
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
Onun sözlərinə görə, Goranboy rayonu Əlirzalı kəndində yaşayan Ələkbərova Sahilə Məhazir qızı Goranboy RPŞ-ə ərizə ilə müraciət edərək bildirib ki, həmkəndlisi tərəfindən döyülüb:
“Müraciətlə bağlı araşdırma başlanılıb. Məlum olub ki, S.Ələkbrova ilə həmkəndliləri - Dəmirov Ariz Knyaz oğlu, Dəmirova Filduz Əli qızı və Dəmirova Fəridə Knyaz qızı arasında şəxsi münaqişə baş verib.
Bu zaman onlar S.Ələkbərovanı vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetiriblər. Bununla bağlı cinayət məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb”.
“Ariz Dəmirov cinayət məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub. Lakin onun fiziki və psixiki səhhətinin yerində olmamasına görə o, polisin nəzarətinə verilib. Qeyd edim ki, S.Ələkbərovanın ata bağlanaraq sürüdülməsi faktı düzgün deyil”, - deyə E.Qasımov qeyd edib.


OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?