Azərbaycan İdeyası

FHN: Xətaidəki yanğın zamanı 77 nəfər təxliyə olunub

Tarix:15-11-2019, 13:30
Baxış Sayı:169

Fövqəladə Hallar Nazirliyi (FHN) Xətai rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-nin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib ki, noyabrın 15-də saat 01:34 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında yerləşən 29/42 saylı 17 mərtəbəli mansard tipli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının və baş verə biləcək ciddi fəsadların qarşısı alınıb. Yanğın zamanı 77 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Tüstüdən zəhərlənmiş 15 nəfərə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən ilkin tibbi yardım göstərilib.

Yanğın saat 03:15 dəqiqədə yanğınsöndürmə qüvvələri tərəfindən söndürülüb. Yanğın tənicəsində binanın ümumi sahəsi 950 m² olan dam örtüyünün yanar konstruksiyaları 112 m² sahədə, mansardında hər birinin sahəsi 64 m² olan 2 mənzilin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 90 m² sahədə, şaxta boyunca elektrik kabelləri 60 p.m. və 106 ədəd elektrik sayğacı yanıb.Binanın dam örtüyünün, mansardının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib