Azərbaycan İdeyası

Quba-Xaçmaz yolunda ağır qəza: Ölən var - VİDEO

Tarix:26-12-2019, 15:04
Baxış Sayı:131



Quba-Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Korrupsiya-q.az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Yergüc kəndi ərazisində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobili idarə edən Üçgünqışlaq kənd sakini 81 yaşlı İkram Əliyevin idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq ağaca çırpılıb.
Sürücü hadisə yerində ölüb. Maşında olan İ.Əliyevin həyat yoldaşı İlhamə Gülməmmədova isə ağır yaralanıb.
Sürücü və sərnişini avtomobildən çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, avtomobil hərəkətdə olarkən sürücünün ürəyi dayanıb və nəticədə, qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı