Azərbaycan İdeyası

DİQQƏT! Ordu bu maşınları sizdən ala bilər – Müharibə qanunları (FOTOLAR)

Tarix:23-09-2020, 16:34
Baxış Sayı:289



Müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur. Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və digər resurların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur.
Ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur. AR-in 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb. Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib. Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var. Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha şox “UAZ”, “NİVA”, müxtəlif pikaplar, “URAL”, “Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır… Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir. Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır. Digər detallar da qanunvericilikdə təsbit edilib.

Əsas məsələ QƏLƏBƏdir. Bunun üçün hər şey qurbandır: təkcə mal-mülkümüz yox, həm də canımız…

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama