Azərbaycan İdeyası

Azərbaycan və Türkiyə əsgərləri bir yerdə - VİDEO

Tarix:27-05-2016, 21:04
Baxış Sayı:367

Azərbaycan və Türkiyə ordusunun əsgərləri "Efes-2016" beynəlxalq təlimləк çərçivəsində səmimi anlar yaşayıblar.

ANS PRESS-in məlumatına görə, əsgərlər təlimlərdən sonrakı fasilələr zamanı voleybol oynayıblar.

Türkiyə hərbi qulluqçuları Azərbaycan əsgərləri ilə yanaşı pakistanlı həmkarları ilə də voleybol oynayıblar.

Əsgərlər təlim çərçivəsində çox yorulublər. Türk əsgərlər təlimlərdən sonrakı yorğunluğu çıxarmaq üçün qonaqpərvərlik edərək digər ölkələrin hərbi qulluqçuları ilə maraqlı söhbətlər ediblər.

Daha sonra Türkiyə və müttəfik ölkələrin əsgərləri dövlət bayaraqları ilə şəkil çəkdiriblər.
 Azərbaycan və Türkiyə əsgərləri bir yerdə - VİDEO
 Azərbaycan və Türkiyə əsgərləri bir yerdə - VİDEO
 Azərbaycan və Türkiyə əsgərləri bir yerdə - VİDEO
 Azərbaycan və Türkiyə əsgərləri bir yerdə - VİDEO
Ötən gün iyunun 4-də yekunlaşacaq "Efes-2016" beynəlxalq təlimlərindən görüntülər yayılıb. Təlimlərə Azərbaycanla yanaşı ABŞ, Almaniya, İngiltərə, Qətər, Pakistan, Polşa, Səudiyyə Ərəbistanı və Türkiyə ordusu qatılıb. Təlimlərdə 800-dən çox hərbçi iştirak edir.

Təlimin məqsədi birlik və qərargahların planlı, qarşılıqlı çalışmaq vərdişlərini formalaşdırmaqdır. Artıq hava hücumu hərəkatı, yaralı əsgərlərin əməliyyat bölgəsindən uzaqlaşdırılması, səhiyyə xidmətlərinin göstərilməsi, amfibiya gəmilərin təlimləri - yükləmə, minmə, gəmidə fövqəladə vəziyyət zamanı hərəkət, suda sağ qalmaq, top atəşi kimi təlimlər uğurla həyata keçirilib.

Hərbi təlim zamanı Türk Silahlı Qüvvələrinə aid 16 "Cougar", "Skorsky" və "UH-1" helikopterlərindən istifadə edilib. Təlimlər Türkiyənin İzmir şəhərində keçirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı