Azərbaycan İdeyası

“Azərbaycan yaxın aylarda hücum edəcək...” - Ermənilər səksəkədə 04.07.2016 | 12:17 AddThis Sharing Buttons11

Tarix:4-07-2016, 22:05
Baxış Sayı:331

“Azərbaycan yaxın aylarda hücum edəcək...” - Ermənilər səksəkədə  04.07.2016 | 12:17 AddThis Sharing Buttons11
“Şəxsən mən hesab edirəm ki, böyük ehtimalla Azərbaycan yenə hücum edəcək, ola bilsin daha kiçik miqyasda və daha az intensivliklə, ancaq istənilən halda problemin hərbi yolla həllini tapmağa çalışacaq”.

Virtualaz.org xəbər verir ki, belə rəylə İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan 1in.am saytına Dağlıq Qarabağ münaqişəsi ətrafında son hadisələri və danışıqları şərh edərkən çıxış edib.

“Ehtimal ki, Azərbaycanın hücumu yaxın aylarda olacaq, bunu çəkindirmə mexanizmlərinin qıtlığı nümayiş etdirir, yəni Azərbaycanı hücumdan çəkindirən heç nə yoxdur. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq Minsk Qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var”-erməni ekspert deyib.

Kirakosyanın fikrincə Azərbaycan yenidən hücuma keçib bir-iki rayonu qaytarmaq istəyəcək. Çünki aprel döyüşlərində Azərbaycanın əsl məqsədi strateji planda “zəbt olunmuş ərazilərin geri alınmasından daha çox Dağlıq Qarabağın özünə yönəlmişdi”.

“Ola bilsin Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana təzyiq göstərsin ki, 1-2 rayonu Azərbaycana qaytarmaq lazımdır”-Kirakosyan əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı