Azərbaycan İdeyası

Rusiya Qarabağı Azərbaycana qaytarır? – Lavrovun şərhi

Tarix:26-01-2016, 16:02
Baxış Sayı:555

Rusiya Qarabağı Azərbaycana qaytarır? – Lavrovun şərhi



“Rusiya 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda hansısa yeni sənədin qəbulu ilə bağlı təşəbbüs irəli sürməyib”.
"Korrupsiya və Qanun" saytı Publika.az a istinad olaraq, xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, ötən il Rusiyanın Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu Azərbaycana qaytarmaq fikrində olduğuna dair xəbərlər yayılmışdı. Sergey Lavrovun sentyabr ayında Bakıya səfərindən, ardınca Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya çağırılmasından sonra ortaya çıxan bu məlumatlar Rusiya XİN rəhbərinin noyabr ayında İrəvana səfəri ilə daha da gücləndi.
İddialara görə, “Lavrov sənədi” adlandırılan sənəddə Azərbaycanın işğal olunmuş 6 rayonu qaytarılır, Laçın dəhlizi saxlanılır, daha sonra Dağlıq Qarabağın statusu həll edilir. Hətta həmin ərəfədə Ermənistan parlamentinin qapalı iclasının keçirilməsinin də bu məsələ ilə bağlı olduğu deyilirdi. Məlumatlara görə, “Lavrov sənədi”ndə Azərbaycanın ərazi bütövlüyünün bərpası tamamilə təmin olunur, lakin rəsmi Bakınını razılaşmadığı yeganə məsələ regiona beynəlxalq sülhməramlıların daxil edilməsidir. Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsinə qədər bu kontekstdə geniş müzakirələr aparılırdı. Moskva ilə Ankara kəskin şəkildə üz-üzə dayanandan sonra Qarabağın qaytarılması ilə bağlı müzakirələr də səngidi.
S. Lavrov isə Dağlıq Qarabağla bağlı heç bir sənədi irəli sürmədiklərini deyir.
“Heç bir “Lavrovun sənədi”ndən söhbət belə gedə bilməz, ümumiyyətlə, belə bir şey mövcud olmayıb”, - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı