Azərbaycan İdeyası

"Nankor erməni unudub ki, başqalarının torpaqları hesabına ona dövlət bəxş edən məhz Rusiya olub"

Tarix:3-09-2018, 14:48
Baxış Sayı:199

 "Nankor erməni unudub ki, başqalarının torpaqları hesabına ona dövlət bəxş edən məhz Rusiya olub"

"Ruslar erməni xislətinin xəyanətlə yoğrulduğunu dəfələrlə görsələr də heç şübhəsiz onların bu qədər nankor ola biləcəyini hesablaya bilməyiblər"
Rusiyadan tək istəyimiz səmimiyyətdir!
Rusiya Azərbaycan münasibətlərinin dərin kökləri var və bu münasibətlər Sovetlər Birliyinin süqutundan sonra iki müstəqil dövlət arasında daha şəfaf bir müstəvidə inkişaf edir. Biz Rusiya ilə iqtisadi, siyasi, mədəni, elmi və bir çox digər sahələrdə çox ciddi əməkdaşlıq edirik. Bu gün Azərbaycanda Sovetlər İttifaqı dövründə olduğu qədər də rus dilində təhsil ocaqları fəaliyyət göstərir. Biz Rusiya ilə bütün səviyyədən olan münasibətlərimizi bundan sonra da dərinləşdirməkdə davam etmək əhval-ruhiyyəsindəyik. Bunun həqiqətən belə olduğuna dair çox nümunələr gətirmək olar. Məsələn, bu gün Bakı şəhərindəki uşaq bağçalarında azərbaycan bölməsində sərbəst yerlər kifayət qədər olduğu halda, rus bölməsində yer tapılmaq müşkül məsələdir. Heç kim vətəndaşı məcbur edə bilməz ki, sən övladını uşaq bağçasında rus bölməsinə qoymalısan. Deməli bu bizim öz seçimimizdir, bu bizim rus dilinə münasibətimizdir. Bir millətin dilinə hörmətlə yanaşırsansa, deməli sən o milləti sevirsən. Bax rus dilinə, rus xalqına və bütövlükdə Rusiyayya budur bizim münasibətimiz. Biz onu tam səmimi və aşikar bir şəkildə ortaya qoyuruq. Rusların Cənubi Qafqazda yaratdıqları qondarma Erməni dövlətində isə bu dediklərimizdən əsər-əlamət yoxdur, heç Sovetlər dönəmində də olmayıb. Əksinə bu gün Ermənistanda Rusiyanı işğalçı dövlət kimi aşağılayan qüvvələrin sayı artır. Nankor erməni unudub ki, başqalarının torpaqları hesabına ona dövlət bəxş edən və bu dövlətə nəfəs verib onu dövlətlər sırasına qoşan məhz Rusiya olub. Ruslar erməni xislətinin xəyanətlə yoğrulduğunu dəfələrlə görsələr də heç şübhəsiz onların bu qədər nankor ola biləcəyini hesablaya bilməyiblər. Ancaq fakt faktlığında qalır. Bu gün Ermənistanın yeni hakimiyyəti Moskvaya meydan oxumağa başlayıb. Bunun nə ilə nəticələnəcəyi aydın məsələdir. Əgər “müstəqil” olan Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyilsə və bu işi onun yerinə Rusiya görürsə, belə halda Rusiyaya qarşı bu nankorluq (əgər bu oyun deyilsə) öz layiqli cavabını alacaq. Bütün hallarda, son illərin və xüsusilə də son ayların hadisələri erməni xislətinin iç üzünü daha qabarıq bir şəkildə ruslara açıb göstərdi. Ruslar nəhayət ki, başa düşməlidirlər ki, dostluqda kim səmimidir və kim dost donuna girib, məqam yetişəndə asanlıqla düşmənə çevrilə bilir. Rusiyadan bunu bilməsini və bizimlə münasibətlərdə səmimi olmasını istəyirik. Bu səmimiyyət olarsa, onlar öz hərbi bazalarını belə gətirib yenidən Azərbaycanda yerləşdirə bilərlər. Biz azərbaycanlılar Rusiya Azərbaycan münasibətlərinin hara qədər lazımdırsa dərinləşməsini ürəkdən istəyirik və buna hazırıq. Yetər ki, bunun qarşılığında Rusiya bizimlə səmimi olsun və Cənubi Qafqazda onun əsil dostunun kim olduğunu etiraf etsin.
Fikrət Yusifov, keçmiş maliyyə naziri, professor

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA