Azərbaycan İdeyası

Azərbaycanlı ana Ermənistana aparılan oğluna qovuşdu – VİDEO

Tarix:16-12-2019, 14:23
Baxış Sayı:92


Erməni ailəsinin övladlığa götürüb Ermənistana apardığı Eldəniz Məmmədov (Armen) doğma anası Qəndab Əhmədovaya qovuşub.
Korrupsia-q.az KONKRET.AZ - istinadla xəbər verir ki, 51 illik həsrətə Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramında son qoyulub.
Onların görüşü Eldənizin hazırda yaşadığı Rusiyanın Rostov şəhərində baş tutub. 65 yaşlı ana ilə 51 yaşlı oğulun görüşündə təsirli anlar yaşanıb.
1954-cü il təvəllüdlü Qəndab Əhmədova 14 yaşı olarkən qohumu tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Nikah yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə onu qaçıran şəxs həbs olunur və 8 il azadlıqdan məhrum edilir. Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur. Beləliklə, 1 yanvar 1968-ci ildə qaçırılan Qəndab 13 oktyabr 1968-ci tarixində oğlu Eldənizi dünyaya gətirir. Uşağa ananın soyadı verilir. Əhmədova Qəndab xanımın ata soyadı Məmmədovdur. Beləliklə, doğulan körpənin doğum şəhadətnaməsində Məmmədov Eldəniz Famil oğlu yazılır. Qəndabın ailəsi bu uşağı qəbul etmir və atılır. Faciə də bundan sonra başlayır…
Onun 51 il əvvəl – 1968-ci ildə dünyaya gətirdiyi oğlu erməni ailəsinə övladlığa verilib və yeni ailəsilə birlikdə Ermənistana köçüb. Eldəniz 1972-ci ildə 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilir. Erməni ailə Eldənizi Körpələr Evindən götürdükdən sonra adını dəyişib Armen qoyur. 1988-ci ildə ailə gecə ilə Azərbaycanı tərk edərək Ermənistana köçür. Armen Ermənistanda kollec bitirib və orada həqiqi hərbi xidmətdə olub. Onun azərbaycanlı olması hər kəsdən gizli saxlanılıb. Analığı ölən günü bu sirri Armenin əmisi oğlu Robertə açır və Robertə tapşırır ki, onu Ermənistandan çıxarsın.




Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana olmur. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də heç bir nəticə vermir. Hacıxanım Qəndab sonda oğlunun axtarışını “Səni axtarıram” proqramına həvalə edir və acı həqiqət üzə çıxır.

OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqası: "Qarabağ"dan TARİXİ QƏLƏBƏ - YENİLƏNİB
Çempionlar Liqası: "Qarabağ"dan TARİXİ QƏLƏBƏ - YENİLƏNİB
Payızdan qabaq mövsümü xəstəlikləri gəldi
Payızdan qabaq mövsümü xəstəlikləri gəldi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şirvanda yoxlamalar APARIR
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şirvanda yoxlamalar APARIR
Müqəddəs adların verildiyi kafe-restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər
Müqəddəs adların verildiyi kafe-restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında