Azərbaycan İdeyası

"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir

Tarix:18-06-2026, 11:30
Baxış Sayı:8

"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Neftçi" klubu yeni transfer hədəfini müəyyənləşdirib.
"ağ-qaralar" hazırda "Santa Klara" klubunun şərəfini qoruyan yarımmüdafiəçi Qustavo Klismanın xidmətində maraqlıdır.

Qeyd edək ki, braziliyalı futbolçu 2025-ci il ərzində icarə əsasında Yaponiyanın "Vissel Kobe" komandasında çıxış edib. İyirmi altı yaşlı futbolçunun "Santa Klara" ilə mövcud müqaviləsi növbəti ilin yay aylarında başa çatır. Məhz bu səbəbdən "Neftçi" bu keçidi həll etmək üçün Portuqaliya təmsilçisinə təzminat ödəmək məcburiyyətindədir.

Məlumata görə, portuqaliyalılar Klismanın transferindən minimum 500 min, maksimum isə 1 milyon avro aralığında gəlir əldə etməyi planlaşdırırlar.

Xatırladaq ki, Qustavo Klisman "Santa Klara" forması ilə çıxış etdiyi iki mövsüm ərzində ümumilikdə 74 qarşılaşmada meydanda olub. Bu oyunlarda o, rəqib qapılarından 3 top keçirib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı