Azərbaycan İdeyası

“Sumqayıt-70” qalib oldu - FOTO

Tarix:16-07-2019, 10:15
Baxış Sayı:172

KORRUPSİYA-Q.AZ

Şağan Olimpiya İdman Komleksində mini-futbol üzrə “Topaz Futbol Festivalı 2019”un final mərhələsi keçirilib.

Unikal.org xəbər verir ki, açılış mərasimindən sonra həlledici mərhələyə vəsiqə qazanmış 8 komanda - “Premier Quba”, “Füzuli”, “Xəzər Lənkəran”, “Qax”, “Gəncə Şərab 2”, “Novxanı”, “Xırdalan” və “Sumqayıt-70” komandaları birincilik uğrunda mübarizə aparıb.

“Sumqayıt-70” komandası yarışın baş mükafatına sahib olub. “Xırdalan” ikinci, “Füzuli” isə üçüncü yerdə qərarlaşıb.

Qalib komandalara kubok, medal, diplomlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, respublikamızın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. İki ay davam edən festivalın bütün komandalarının üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə “Topaz” öz xüsusi hədiyyəsini təqdim edib.

Tədbir çərçivəsində müxtəlif viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub.

Onu da nəzərinizə çatdıraq ki, turnir ənənəvi xarakter daşıyaraq hər il keçiriləcək.​

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı