Azərbaycan İdeyası

“Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir” - Vinni Pert

Tarix:24-07-2019, 11:45
Baxış Sayı:208

KORRUPSİYA-Q.AZ

"Həqiqətən çox çətin sınaq olacaq. Oyunda səbirli olmalıyıq. Rəqibin topa daha çox nəzarət edəcəyini başa düşməliyik. Buna uyğun taktika seçməliyik. Bizim də yaxşı hücumçularımız var. Ancaq avrokuboklarda qol vurmağımız problemdir".

Unikal.org xəbər verir ki, bu sözləri “Dundalk”ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis əvvəlki açıqlamalarında olduğu kimi, bu dəfə də "Qarabağ" haqda müsbət fikirlər söyləyib: "Düşünürəm ki, “Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir. Onların texniki ustalıqlarını qeyd edərdim. “Qarabağ”ın bu cəhəti onları digər rəqiblərimizdən üstün edir.

Son vaxtlar İrlandiya futbolunda vəziyyət yaxşı deyi. Ötən həftə "Riqa"nı keçməyimiz bizdə nikbinlik yaradıb. Məqsədimiz bunu sabah da davam etdirməkdir. Qalib gəlmək şansımız var. Ancaq çox çətin olacağını bilirik. Səviyyəimizi artırmalıyıq".

V.Pert sonda azarkeşlərdən dəstək istəyib: “Əgər ötən həftə uğurumuza görə bizi təbrik edənlər sabah bir yerə yığılsa, kifayət qədər dəstəyimiz olacaq. Bura kiçik şəhərdir. Təxminən 40 min nəfər yaşayır. Ötən həftə bu insanların yarısı bizi dəstəklədi".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı