Azərbaycan İdeyası

Avropanın klub turnirlərində ən çox qol vuran futbolçular açıqlandı - SİYAHI

Tarix:7-08-2019, 17:30
Baxış Sayı:192

KORRUPSİYA-Q.AZ
UEFA Avropanın klub turnirlərinin tarixində 50-dən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Publika.az UEFA-nın saytına istinadla xəbər verir ki, siyahıya aktivində 129 qol olan portuqaliyalı Kriştiano Ronaldo (“Yuventus”) başçılıq edir. “Barselona”nın argentinalı hücumçusu Lionel Messi 115 qolla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü ispaniyalı sabiq futbolçu Raul Qonzales (77) tamamlayır.

Ümumiyyətlə, Avropanın klub turnirlərinin tarixində 18 futbolçu 50-dən çox qol vurub. Siyahıda yer alan digər futbolçular aşağıdakılardır: Filippo İnzaqi (70), Andrey Şevçenko (67), Ruud van Nistelrooy (62), Gerd Müller (62), Kərim Benzema (61), Robert Levandovski (60), Tyeri Anri (59), Henrik Larsson (59), Sergio Agüero (58), Zlatan İbrahimoviç (56), Eysebio (56), Klaas-Yan Huntelaar (55), Alessandro Del Pyero (54), Didye Droqba (50), Alfredo di Stefano (50).

Qeyd edək ki, UEFA Avropa Liqasında ən məhsuldar futbolçuların siyahısında liderlik Radamel Falkaoya (30) məxsusdur. Sonrakı yerlərdə Aritz Aduriz (26), Oskar Kardozo (20), Kevin Qameiro (19) və Cüzeppe Rossi (17) qərarlaşıblar.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı