Azərbaycan İdeyası

Kommunal xidmətlərin qiyməti süni şəkildə artırılır

Tarix:12-01-2017, 11:32
Baxış Sayı:258

  Kommunal xidmətlərin qiyməti süni şəkildə artırılır

Elektrik və qazın qiymətinin diferensiallaşdırılmasından sonra yeni bina və şəhərciklərdə kommunal ödənişlər artırılır. Hətta kommunal ödənişləri ikiqat qaldırılan şəhərciklər var. Baxmayaraq ki, əksər bina və şəhərciklərdə kommunal xidmətlərə işıq və qaz birbaşa daxil deyil.
Yalnız binaların və həyətin işıqlandırması, yaxud da mərkəzi istilik sistemi varsa onda kommunal ödənişlərin qismən artması mümkün sayıla bilər.
Korrupsiya və Qanun saytının məlumatına görə, mütəxəssislər Xəzər TV-yə bildiriblər ki, binanı tikən şirkət kommunal xidmətləri də öz öhdəliyinə götürür və sakinlərdən istədiyi məbləği tələb edir. Üstəlik, zaman keçdikçə ödənişlər artırılır. Bəzən həmin ödənişin məbləği başqa binada kirayə pulu qədər olur. Halbuki, Mənzil Məcəlləsinə görə bina təhvil verildikdən 6 ay sonra, binanı tikən şirkət idarəetmədən çəkilməlidir və bu cür xidmətlər 3 formada həyata keçirilə bilər.
Yeni cəmiyyət Ədliyyə Nazirliyində qeydiyyatdan keçirildikdən sonra binanı tikən sahibkar və yaxud idarə edən şirkət avtomotik idarəetmədən uzaqlaşdırılır.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Mənzil-komunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib ki, bənzər hallar bəzi sahibkarların bina tikilib təhvil verildikdən sonra özlərini əmlak sahibi kimi aparmasından qaynaqlanır. Əgər vətəndaşlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması üçün kömək və yaxud maariflənmək istəyirlərsə nazirliyin Mənzil-komunal siyasəti şöbəsinin 012 493 04 86 saylı nömrəsinə müraciət edə bilərlər. Bu günə kimi artıq 40-a yaxın binada belə cəmiyyət yaradılaraq dövlət qeydiyyatından keçirilib.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Bakıda kişi telefona çox baxan arvadını döydü
Bakıda kişi telefona çox baxan arvadını döydü
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN