Azərbaycan İdeyası

Deputat: Bəzi şəxslər məcburi köçkün statusundan istifadə edir

Tarix:25-01-2017, 15:53
Baxış Sayı:555


 Deputat: Bəzi şəxslər məcburi köçkün statusundan istifadə edir

Deputat: Bəzi şəxslər məcburi köçkün statusundan istifadə edir
“Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanın verilməsi düzgün addım idi”.
Korrupsya və Qanun satı APA-ya istinadən xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, əvvəllər dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ümumi vəsait ayrılıb və komitə məcburi köçkünlərin kommunal xidmət haqları ilə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödəmələr həyata keçirib:
“Amma indi müsbət məqam odur ki, bu, ünvanlı oldu. Konkret bilinir ki, hər bir məcburi köçkün statusu almış insan ayda 36 manat müavinət alacaq.
İndi bu 36 manatı işıq, su, qaz, çörəyə verilməsi məsələsini fərdin özü müəyyən edəcək. Bundan sonra həmin məcburi köçkün işıq, qaz və sudan istifadəni tənzimləyəcək”.
Millət vəkili qeyd edib ki, Nazirlər Kabinetinin dünən təsdiqlədiyi “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda müəyyən kateqoriyalara aylıq müavinətin şamil edilməməsi əksini tapıb və bu, müsbət yanaşmadır:
“Məsələn, məcburi köçkün statusu adını alıb, faktiki olaraq maddi durumu çox yüksək olan insanlar var. Yəni bir-iki yerdə evi də, avtomobili də, işi də var, ancaq məcburi köçkün statusu ilə imtiyazlardan, güzəştlərdən istifadə edir. Bu insanlara aylıq müavinətin nəzərdə tutulmaması məntiqlidir”.
V.Əhmədov bundan sonra məcburi köçkün rayonların icra hakimiyyətlərinin üzərinə böyük məsuliyyət düşəcəyini vurğulayıb:
“Artıq həmin rayonların icra hakimiyyətləri reallığı əks etdirən siyahılar tətbiq etməlidir. Doğurdan da bu insanın məcburi köçkün kimi vəziyyəti ağırdır, yaxud fərqlidir, ona aylıq müavinət düşür, düşmür, bu sahədə ciddi işlər getməlidir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sahədə məcburi köçkün rayonlarının icra hakimiyyətləri ilə birgə ciddi işləməlidir. Mənim aldığım məlumatlara görə, o cümlədən tanıdığım insanlar var ki, məcburi köçkün statusundan istifadə edirlər, amma maddi imkanları çox genişdir.
Bu insanlar özlərinə artıq geniş imkanlar yarada biliblərsə, bunu özləri də nəzərə almalıdırlar. Onu da nəzərə almaq lazımdır ki, 25 il az müddət deyil, artıq yeni nəsil yetişməyə başlayır”.
Millət vəkili hesab edir ki, aylıq müavinətləri həqiqətən vəziyyəti çətin olan məcburi köçkünlərə vermək lazımdır:
“Yoxsa 1992-ci ildə olduğu kimi indi də güzəşt və müavinətlərin bütün məcburi köçkünlərə şamil edilməsi düzgün deyil. Çünki həyat dəyişir, həyat davam edir”.

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür