Azərbaycan İdeyası

“Bəzi məcburi köçkünlər aylıq müavinətdən könüllü imtina edib”

Tarix:2-02-2017, 13:06
Baxış Sayı:566

  “Bəzi məcburi köçkünlər aylıq müavinətdən könüllü imtina edib”

Dövlət Komitəsi: “Bu günə qədər 300-dən çox belə müraciət daxil olub”


Məcburi köçkünləri kommunal xərclərdən azad edən imtiyazın ləğvi və bunun qarşılığında çörəkpulu da daxil hər bir məcburi köçkünə 36 manat məbləğində vəsaitin verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlum yeniliyin təqdir edildiyini, habelə bəzi məcburi köçkünlrin könüllü şəkildə bu müavinətdən imtina etdiyini bildirib:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanı məcburi köçkünlər tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu addım kimi yüksək qiymətləndirilir.
Bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, Dövlətqaçqınkoma edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir.
Komitəyə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər.
Dövlətqaçqınkoma əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olmuşdur. Hər rayondan bir müraciəti nümunə olaraq təqdim edirik:”

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı