Azərbaycan İdeyası

19 növ müavinətin alınması üçün vətəndaşların nazirliyə müraciət etməsinə ehtiyac olmayacaq

Tarix:14-10-2019, 12:39
Baxış Sayı:146




Bu ilin sonuna qədər vətəndaşlara 19 növ müavinətlə bağlı proaktiv xidmətin təqdim edilməsi nəzərdə tutulur.
Korrupsiya-q.az -ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Proaktiv xidmətin mahiyyətini açıqlayan nazirin sözlərinə görə,
bu xidmətlərin tətbiqi zamanı vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin də daxil olmasına ehtiyac olmur:
"Vətəndaşların müavinət almaq hüququ dövlət tərəfindən tanınaraq təmin olunur. Bura həm əlilliyə, həm yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır".
S.Babayev qeyd edib ki, bu ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatının tam şəkildə proaktiv xidmətlərə keçirməyi nəzərdə tutulur. Bu xidmətlər elektronlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı